Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2095/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Sabunçu Rayon Polis İdarəsinin X13 Şöbəsi tərəfindən tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Polis İdarəsinin X13 Şöbəsi tərəfindən tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2025 ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC nin Yol vərəqəsi əsasında idarə etdiyi “CAT-140K” markalı AZ 10 V 050 qeydiyyat nişanlı nəqliyyat (avtokreder traktor) vasitəsi ilə Böyükşor - Pirşağı yolu adlanan ərazinin yolun üst hissəsinin qar sətini təmizlərkən yüksək sürətlə həmin istiqamətə hərəkət edən "CİP" markalı ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol sürüşkən olduğundan idarəetməni itirmiş və onun idarə etdiyi traktorun arxa hissəsində yerləşən təmizləyiciyə çırpılmışdı. Lakin, hadisə yerinə gələn Sabunçu RPİ-nin X13 Şöbəsinin YNH üzrə inspektor polis leytenantı Sənan Hüseynov heç bir araşdırma aparmadan X11 Protokolu "CAT 140K" markalı avtokrederin sürücüsü X7 barədə tərtib etmişdir. Həmin İXP ******* saylı X8 əsasən TP ******* saylı qərar qəbul edilmişdir. Qərara əsasən ona 40 AZN manat cərimə edilmişdir. Bildirir ki, barəsində tərtib edilmiş qərarla razı deyil. Belə ki, xx.xx.2025 ci il tarixdə Sabunçu rayonu Böyükşor- Pirşağı yolunda avtomobillərin sərbəst hərəkət etməsi üçün AAYDA"17 № Xüsusi Təyinatlı Yol İstismari "idarəsi tərəfindən yoldan qar örtüyünün təmizlənməsi tapşırılmışdı. Hava şəraitinin kəskin qarlı olmasını və yolların sürüşkən vəziyyəti ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün sürücülərə xəbərdar edilmişdir. Lakin," CEEP " MARKALİ ** TZ *** dövlət qeydiyyat nişanlı avto-nəqliyyat vasitəsinin sürücüsü bütün bunlara məhəl qoymayaraq sürət həddini aşaraq yolu təmizlədiyi "CAT 140K2” markalı avto-krederə çırpılır. Bundan başqa hadisə törədiyi zaman ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmayıb. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş İXP 24927678 protokolunu və TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 00:10-da Böyükşor- Pirşağı yolunda “CAT-140k” markalı, AZ10V050 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə İXMnin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir X5 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, digər avtomobilin ön hissəsində zədələr vardır. Məhkəmə iclasında X5 da ifadəsində göstərmişdir ki, o, avto-krederlə qar örtüyünü təmizləyən zaman “CEEP” markalı avtomobil yüksək sürətlə onun idarə etdiyi traktorun arxa hissəsində yerləşən təmizləyicisinə çırpılmışdır. İnzibati tənbeh vermə haqqında qərardan da görünür ki, X4 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə inzibati tənbeh tətbiq edilmişdir. Belə olan halda digər nəqliyyat vasitəsindəki zədələrin ön hissəsində olmasının səbəbi məlum deyil. Ümumiyyətlə X11 protokolda və inzibati tənbeh vermə haqqında qərarda X3 əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etməsinin onun hansı hərəkətlərində ifadə olunması qeyd olunmamışdır. Hadisənin baş vermə şəraitini, mexanizmini əks etdirən foto, video materiallar, digər sübutlar məhkəməyə təqdim olunmadığından hadisənin baş vermə şəraiti məhkəmə üçün qeyri-müəyyən olmuş və onu müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Bakı şəhər Sabunçu Rayon X13 Şöbəsi tərəfindən TP ******* nömrəli protokol əsasında X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən həmin qərar ləğv edilməli və X11 iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu Rayon Dövlət X12 göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X11 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X11 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində Sabunçu Rayon Polis İdarəsinin X13 Şöbəsi tərəfindən tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X11 iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabunçu Rayon Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X11 iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-2095/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2095/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver