Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2096/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru polis baş serjantı X6 iştirakı ilə, 23 sentyabr 1987-ci il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan-X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu X12 Şöbəsinin tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 11 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 izahatında bildirmişdir ki, mülkiyyətində olan KAMAZ 5511 YÜK markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəmlə yük daşıma ilə məşğul olur. 31 mart 2025-ci il tarixdə saat 00:45 radələrində işdən evə qayıdarkən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Sabunçu rayon DYPŞ-nin yol patrul xidməti əməkdaşı 297 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə əks istiqmətdən gələrək ona saxla əmrini vermiş, o da dərhal nəqliyyat vasitəsini saxlamışdır. Həmin əməkdaş avtomobilinə yaxınlaşaraq, lakin özünü təqdim etmədən, sərxoş olub-olmadığını yoxlamadan birbaşa ona sərxoş olduğunu söyləmiş, daha sonra onu idarə etdiyi DYPŞ-nə məxsus xidməti nəqliyyat vasitəsinə mindirmiş və avtomobildə 6-7 dəfə xüsusu cihaz vasitəsi ilə sərxoş vəziyyətdə olub-olmadığını öyrənməyə çalışmış, o da əməkdaşa sərxoş olmadığını və hər hansı bir inzibati xəta törətmədiyi halda nə üçün saxlanıldığını soruşsa da buna məhəl qoymadan onu Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə aparmış və nəticədə guya sərxoş olduğu müəyyən edilmişdir. Bunun nəticəsində barəsində AR İXMnin 333.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və 400 manat məbləğində cərimə edilmişdir. Onlar həmin Mərkəzdən çıxdıqdan sonra o həmin əməkdaşa yenidən müayinə olunmaq istədiyini və Yasamal rayonu ərazisində Tbilisi prospektində yerləşən Norkoloji Dispanserə aparmasını bildirmiş, lakin əməkdaş bundan imtina etmişdir. Bundan sonra o həmin əməkdaşa onu nəqliyyat vasitəsinə olduğu yerə qədər aparmasını da xahiş etmiş, lakin əməkdaş bundan da imtina etmişdir. Daha sonra o Yasamal rayonu ərazisində Tbilisi prospektində yerləşən Narkoloji Dispanserə getmiş, müayinə olunmuş, nəticədə alkoqol qəbulu faktı müəyyən edilsə də, 0,140 faiz həddində olduğu, bu halın isə sərxoşluq dərəcəsinə aid olmadığı bildirilərək, ayıq olduğu təsdiq edilmişdir. Sabunçu rayon DYPŞnin əməkdaşı onu Zabrat qəsəbəsində 00:45 radələrində saxlamış, bir neçə dəqiqədən sonra onlar Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə getmişik, həmin Mərkəzdən çıxdıqdan sonra, yəni 00:57 radələrində barəsində protokol tərtib edilmiş, daha sonra o, Yasamal rayonu ərazisində Tbilisi prospektində yerləşən Norkoloji Dispanserə getmiş və saat 01:32-də müayinədən keçmişdir. Göründüyü kimi Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzdə müayinədən keçmək vaxtı ilə Yasamal rayonu Tbilisi prospektində yerləşən Narkoloji Dispanserdə müayinədən keçmək vaxtı arasında olan müddət təximinən 30-35 dəqiqə arasındadır. İlkin müayinədə guya sərxoş olduğu müəyyən edilmiş, növbəti müayinədə isə sərxoş olmadığı müəyyən edilmişdir. Bu fakt onu göstərir ki, inzibati xəta törətməyi sübuta yetirilməmişdir. Digər tərəfdən o növbəti müayinədən sonra Sabunçu rayon DYPŞ-nin əməkdaşının Zabrat qəsəbəsində onu saxladığı ünvana gələrək avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. Əgər o sərxoş olsaydı avtomobili müvəqqəti duracağa yerləşdirələrdi və avtomobili idarə etmək ona qadağan olunardı. Buradan da görünür ki, Sabunçu rayon DYPŞ əməkdaşının AR İXM-nin 333.1-ci maddəsinə əsasən barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli protokol əsasında Sabunçu rayon DYPŞ-nin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı qərar qanunsuz və əsassızdır. Məhkəmədən 11 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru polis baş serjantı X8 izahatında göstərmişdir ki, Rəşad Səfərov barəsində xx.xx.2025-ci il tarixdə saat 00:57-də radələrində İXP ******* saylı protokol tərtib edilmişdir. Protokol onun əsasında tərtib edilmişdir ki, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/383 saylı xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Rəşad Səfərovda 0,310% sərxoşluq vəziyyəti müəyyən edilir və buna dair video görüntünü də məhkəməyə təqdim edir. Bununla bağlı müvafiq protokol tərtib edilərək, şəxsin barəsində qərar qəbul edilmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu X12 Şöbəsinin tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə üzrə ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X3 alko tester göstəricisi 0,140% olmaqla, ayıqdır, müayinə vaxtı 01:32. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/383 saylı xx.xx.2025-ci il tarixli(saat 00:45) Aktdan görünür ki, X5 A/T 0,310% sərxoşluq vəziyyəti müəyyən edilir və sərxoşdur. xx.xx.2025-ci il tarixdə saat 00:57-də radələrində İXP7010707 saylı protokoldan görünür ki, X2 halda nəqliiyat vasitəsini idarə etmişdir. Təqdim edilmiş video diskdən görünür ki, X5 müayinə zamanı A/T göstəricilərinin 0,310% olması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, şikayətçi Rəşad Səfərovun ərizəsində və izahatında göstərilən hallara qiymət verilməlidir. Belə ki, şikayətçi tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə üzrə ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin protokol 01:32-də müayinədən keçirilməklə X3 alko tester göstəricisi 0,140% promil müəyyən edilmişdir. Protokolu tərtib etmiş Elçin Əhmədov tərəfindən təqdim edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/383 saylı xx.xx.2025-ci il tarixli(saat 00:45) Aktdan görünür ki, X5 A/T 0,310% sərxoşluq vəziyyəti müəyyən edilir və sərxoşdur. Buna dair protokol isə xx.xx.2025-ci il tarixdə saat 00:57-də radələrində tərtib edilmişdir. Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil tənzimlənir; Göründüyü kimi, şikayətçi 47 dəqiqə sonra sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçmiş, lakin onda alkoqolun miqdarının 0,140 promil olduğu müəyyən edilmişdir. Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənməsi nəzərə alınarsa şikayətçinin özü tərəfindən təqdim edilmiş protokoldan onda alkotester göstəricisi 0,140% promil müəyyən edilmişdir. Göründüyü kimi Rəşad Səfərov tərəfindən təqdim edilmiş Protokolla tərtib edilmiş Akt arasında 47 dəqiqə fərqin olması, həmin müddətdə spirtli içkinin bədəndən çıxma ehtimalının olması, şəxsin özü tərəfindən təqdim edilmiş protokolda alko tester göstəricisi 0,140% promil olması məhkəməyə əsas verir ki, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/383 saylı xx.xx.2025-ci il tarixli(saat 00:45) Aktdan əsasən X7(A/T 0,310%) sərxoş olmuşdur. Rəşad Səfərov izahatında ümumiyyətlə içki içmədiyini bildirsə də, özü tərəfindən təqdim edilən protokoldan onda alko tester göstəricisi 0,140% promil müəyyən edilmişdir. Protokolu tərtib etmiş orqanın təqdim etdiyi sənədlərdən, yəni alkotesterin göstəricisindən və digər sənədələrdən müəyyən edilir ki, X4 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu X12 Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu X12 Şöbəsinin tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu X12 Şöbəsinin tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-2096/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2096/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver