Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2116/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 213801/19 saylı məktubdan görünür ki, Sabunçu rayon icra şöbəsinin rəisi vəzifəsini icra edən Fizuli Hüseynov məhkəməyə müraciət edərək Şəxs barəsində tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmamış geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, Sabunçu rayon icra şöbəsinin protokolun baxılmamış geri qaytarılmasına dair xahişi nəzərə alınmalı, Şəxs barəsində inzibati xəta haqqında tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2116/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2116/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver