Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2123/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 Üzrə Baş İdarəsində Fiziki şəxs kimi vergi uçotuna alınaraq ********** saylı Vöen alaraq fəaliyyət göstərməyə başlamışdır. Onun fəaliyyəti fiziki şəxs kimi kənd təsərrüfatı olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi “Təzə Bazar” ərzaq dükanında işləmişdir. 2024-cü ilin əvvəlində vətəndaş X13 Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi “Təzə Bazar” ərzaq dükanına gözətçi vəzifəsində işləməyə gələndə Naib Əliyevin şəxsiyyət vəsiqəsini gətirməsini və əmək müqaviləsi bağlamalı olduğunu bildirmişdir. X4 işə səhlənkar yanaşaraq, işə vaxtı-vaxtında gəlməmiş, gəldiyi vaxtlarda isə şəxsiyyət vəsiqəsinin itdiyini bildirərək əmək müqaviləsi bağlanılmasına şərait yaratmamışdır. 2024-cü ilin fevral ayında X9 ailə problemləri olmuşdur. Həmin vaxtı aparılmış araşdırma zamanı X13 onun ərzaq dükanında təxminən 20 gün müddət gözətçi vəzifəsində işlədiyini bildirmişdir. Araşdırma zamanı onun vətəndaş X13 ilə əmək müqaviləsi bağlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən də X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X11 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanı törədən vəzifəli şəxs kimi 4000 manat cərimə olunması barədə xx.xx.2024-cü il tarixli MN №1612609 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar poçt vasitəsi ilə ona xx.xx.2024-cü il tarixində verilmişdir. Həmin xx.xx.2024-cü il tarixli MN №1612609 saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, qərar yazılan zaman əmək müqaviləsi olmadan işləyən şəxslə arasında hansı səbəbdən əmək müqaviləsinin bağlanılmadığı araşdırılmamışdır. Şəxsin qəsdən və ya dolayısı yolla şəxsiyyət vəsiqəsinin təqdim etməməsi əmək müqaviləsinin bağlanılmamasına əsas səbəbdir. Bundan əlavə olaraq vətəndaş X13 işə vaxtı-vaxtında gəlməmişdir. İşlədiyi 20 günə yaxın müddətdə cəmi bir neçə gün işə gəlmişdir. Həmçinin o, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X14 Üzrə Baş İdarəsində Fiziki şəxs kimi vergi uçotuna alınmışdır. Lakin X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X11 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh tətbiq edərkən onu “vəzifəli şəxs” kimi 4000 manat cərimə etmişdir. Bu da Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə ziddiyət təşkil edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, “Təzə Bazar” ərzaq dükanına satıcı vəzifəsində çalışmışdır. Satıcı kimi işlətdiyinin mağazanın təsisçisi X3r. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, ilk növbədə X8 prokurorluğa izahat verərkən öz əməlini etiraf etmişdir. Şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X8 barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və material baxılması üçün X10 Xidmətinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan X5 surətindən görünür ki, X8 “Nəzarətçi, kassa” vəzifəsində çalışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi X1 Azərbaycna Respublikası İnzibati Xətalar Məcəlləsinin məhz 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2123/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2123/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver