Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2148/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X5, X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş .xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 sayl X10 İdarəsinin rəisi X8 xx.xx.2025-c il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilmişdir. 11 saylı X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, MN X ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, Bak şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Parti” restoranının fəaliyyəti zamanı ətrafa mənfi təsir göstərən səs-küy çirklənməsi yol verilən normativlərdən artıq olmuşdur. Bununla əlaqədar 05 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtil edilmişdir. Onun barəsində cərimə tətbiq edilməsi barədə protokol və qərar qanunsuz və əsassızdır. Belə ki, barəsində qərar qəbul edilərkən heç bir əsaslandırma aparılmamışdır. Protokol tərtib edidiyi zaman heç bir ölçmə aparılmadan səs-küyün normadan artıq olmasının müəyyən edildiyi qeyd olunmuşdur. Protokol yazılarkən və qərar qəbul edilərkən onun məlumatı olmayıb. Ona görə də səs-küyün necə ölçüldüyünü bilmir. Həmin ərazidə qonşuluqda da restoranlar vardır. Əgər onun işlətdiyi restoranda səs-küy normadan artıq idisə, bunu onun iştirakı ilə ölçməli idilər və bu barədə ona məlumat verməli idilər. Lakin bunların heç birini etməyiblər. Protokolda imzası yoxdur. Qərar qəbul edərkən də o, iştirak etməmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyiniı 11 saylı X10 İdarəsinin rəisi X9 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarını ləğv edlib, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X2 şikayətin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, onun iştirakı olmadan 11 saylı regional idarənin əməkdaşları tərəfindən ölçmə işləri aparılmışdır. Restoranın həyətinə daxil olmadan, kənardan ölçmə aparılmışdır. Restoranın girişindən restoranın binası olan yerə qədər təxminən 70 metr məsafə vardır. Restoranının girişinin sol tərəfində isə “Terrace-Park” restoranı yerləşir. Onların ölçmə cihazlarının göstəricilərində qeyd edilən göstəricilər digər restorana aiddir. Göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X11 izahatında göstərmişdir ki, vətəndaşlar tərəfindən hər iki restoran, yəni “Party” və “Terrace- Park” restoranları ilə bağlı həddindən artıq yüksək səsin olması ilə bağlı qaynar xəttə şikayət daxil olmuşdur. Bunun əsasında tərəflərindən hər iki restorana münasibətdə yoxlama keçirilmiş və müvafiq sertifikatları olan cihazlar vasitəsilə səs-küyün səviyyəsi ölçülmüş və nəticələrini əks etdirən akt tərtib olunmuşdur. Səs-küyün səviyyəsi hər iki restoranda ətraf mühit üçün yol verilən həddən yüksək olduğu üçün inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər iki restorana münasibətdə ayrı-ayrıqlıqda ölçmə işləri aparılmış, onların bir-birinə qarışması kimi bir ehtimalın baş verməsi mümkün deyil. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan şikayətin təmin olumamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərədindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Parti” restoranının fəaliyyəti zamanı ətraf mühitə mənfi təsir göstərən səs-küy çirklənməsinin yol verilən normativlərdən artıq olması müəyyən edildiyindən X7 Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İş materiallarında olan “X13 Monitorinq İdarəsi” tərəfindən tərtib edilmiş 002177 saylı, 24 iyul 2024-cü il tarixli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə 3-14-25/1-Q-307-3/2024 qeydiyyat nömrəli, xx/xx/2024 tarixli ünvan 1 ünvan sakini Mansur Qənbərovun “Party” və “Park Terrace” restoranından axşam saat 8-dən gecə saat 1-ə kimi gələn həddindən çox musiqi səs-küyü narahat edir” daxil olmuş müraciəti ilə bağlı sözügedən ünvanda tərəfimizdən monitorinq keçirildi. Monitorinq XKEMİ-nin mühəndisləri Telman İsmayılov və Nurlan Hacıyevin iştirakı ilə keçirildi. Monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən “Park Terrace” və “Party” restoranlarında saat 22:30-23:00 radələrində restoranlarda canlı musiqi olduğu zaman səs-küy çirklənməsi səyyar cihaz PCE-322A vasitəsilə ölçüldü. Nəticə: “Park Terrace” -64,8-74,4 dBA və “Parti”-67,7-84,7 dBA (norma 60 dBA). Əldə olunmuş hər iki nəticə ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Ölçmə işləri zamanı “Ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 796 saylı 08 iyul 2008-ci il tarixli fərmanının cədvəl 1-in 16-cı bəndi əsas götürülmüşdür. Akt iki nüsxədə tərtib olunmuşdur. Çəkilən fotoşəkillər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Şikayətçinin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün göstərdiyi əsas restoranın həyətinə daxil olmadan, kənardan ölçmə işlərinin aparılması, restoranın girişindən restoranın binası olan yerə qədər təxminən 70 metr məsafə olmasını, restoranının girişinin sol tərəfində isə “Terrace-Park” restoranın yerləşdiyi, ölçmə cihazlarının göstəricilərində qeyd edilən göstəricilər həmin restorana aid olması olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə olunan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən hər iki restoranda, yəni “Park Terrace” və “Party” restoranlarında ayrı-ayrılıqda hər birində canlı musiqi olduğu zaman səs-küy səviyyəsi səyyar cihaz vasitəsilə ölçülmüş və nəticədə səs-küyün səviyyəsinin “Park Terrace” -64,8- 74,4 dBA və “Parti”-67,7-84,7 dBA (norma 60 dBA) olduğu müəyyən edilmişdir. Göründüyü kimi “Park Terrace” restoranında səs-küy səviyyəsinin göstəriciləri “Parti” restoranında səs-küy səviyyəsinin göstəricilərindən daha aşağıdır. Əgər şikayət verən şəxsin dediyi kimi “Parti” restoranının girişində aparılan ölçmə işlərinin nəticəsi “Park Terrace” restoranından gələn səs-küyə aiddirsə, onda gərək “Park Terrace” restoranının qarşısından aparılan ölçmə nəticəsində müəyyən olunan səs-küy səviyyəsinin göstəriciləri ondan daha yüksək olsun. Halbuki, həmin göstəricilər daha aşağıdır. (64,8-74,4). Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-2148/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2148/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver