Məhkəmə qərarları › İş №3(008)-2153/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2153/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2153/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, Şəxs (VÖEN **********) barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz X1 Baş Gömrük İdarəsi tərəfindən Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 17 aprel 2025-ci il tarixli, 13000-00513/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-ə (VÖEN: **********) Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/001716 nömrəli raporta əsasən xx.xx.2025-ci il tarixində Latviyadan hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixində **********7830 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Latviyadan hüquqi şəxs “PANARAMA PLYUS" MMC-nin ünvanına gələn "Torf adlı yük xx.xx.2025-ci il tarixində saat 10:04 də “Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmişdir, **********7830 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının bos qalmasından da bu fakt aydın görünür, Şirkət tərəfindən yükə dair **********7009 saylı qısa idxal bəyannaməsi yük gömrük sərhəddini keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixində saat 16:12-də təsdiqlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarından görünür ki, protokolun surəti 2025-ci il 10 aprel 3-33-3200/2- 000602/2025 saylı məktubla ünvan 2 ünvanına göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursunun çıxarışından müəyyən olunmuşdur ki, Latviyadan hüquqi şəxs “PANARAMA PLYUS" MMC-nin ünvanına gələn "Torf adlı yük xx.xx.2025-ci il tarixində saat 10:04 də “Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin qeyd edilən yük gömrük ərazisinə gətirilmişdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs “PANARAMA PLYUS" MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz X1 Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə işə hüquqi şəxs “PANARAMA PLYUS" MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz X1 Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, “PANARAMA PLYUS" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, “PANARAMA PLYUS" Məhdud Məsuliyyətli Cəmiyyəti (vöen **********) 07 aprel 2025-ci il tarixdə Bakı Gömrük İdarəsində **********7830 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Latviya Respublikasında fəaliyyət göstərən “Transeiro” MMc şirkətindən ünvanından “PANARAMA PLYUS" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünavnına 29003662 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “Torf ”adlı yükünü Azərbaycan Respublikasınm gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx.xx.2025-ci il tarixində saat 10:04 də “Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Şirkət tərəfindən yükə dair **********7009 saylı qısa idxal bəyannaməsi yük gömrük sərhəddini keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 16:12-də təsdiqlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə, “PANARAMA PLYUS" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, “PANARAMA PLYUS" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs 1500 manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “PANARAMA PLYUS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar