Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2163/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 və onun vəkili və nümayəndəsi Vəkil Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi Kənan Cəfərovun 23 fevral 2024-cü il tarixli qərarından verdiyi şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X5 və onun vəkili və nümayəndəsi Vəkil şikayət verərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi Kənan Cəfərovun 23 fevral 2024-cü il tarixli qərarın ləğv edilərək X3 İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati həbsin seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi Kənan Cəfərovun 23 fevral 2024-cü il tarixli qərarıından görünür ki, xx.xx.2024-cü il tarixdə X2 müraciəti əsasında rəhmətlik qardaşı Əsəd Abdullayevin uşaqlarının nənəsi Fazilə Mahmudova tərəfindən döyülərək xəsarət yetirilməsi ilə bağlı X6 İXM-nin 157-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə biləcək şəxslərin dairəsini dəqiq müəyyən etmişdir. Verilmiş şikayət ərizəsinin məzmunundan aydın olur ki, şikayət vermiş şəxs X5 yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin bibisdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. Lakin şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən şikayətçi X2 yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi olmasını təsdiq edən hər hansı sənəd müəyyən edilməmişdir. Göstərilənlərə əsasən X1 qərardan şikayət vermə hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və onun vəkili və nümayəndəsi Vəkil Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi Kənan Cəfərovun 23 fevral 2024-cü il tarixli qərarının ləğv olunmasına dair şikayəti X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2163/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2163/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver