Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2164/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, bildirmək istəyir ki, gəlinləri X7 xx.xx.2023-cü il tarixdə Sabunçu rayon PŞ-nə ondan, qardaşından və bacısından şikayət etmişdir. Araşdırma nəticəsində 12-ci PŞ-si onların hər biri barəsində AR İXM-nin 157 maddəsinə əsasən qərar qəbul olunmuş və hər biri barəsində protokollar tərtib olunaraq 300 manat cərimə edilmişdirlər. Onlar həmin qərar və protokollarla razılaşmayaraq Sabunçu rayon Prokurorluğuna müraciət etmişdirlər. Nəticədə xx.xx.2023-cü il tarixli qəbul edilmiş qərar ləğv edilib, Sabunçu RPİ-nin 12-ci PŞ-nə qaytarılmışdır. PŞ-də aparılan araşdırma nəticəsində xx.xx.2023-də yeni qərar qəbul olunaraq, qardaşı X8 barəsində AR İXM-nin 157-ci maddəsinin tələbi qüvvədə saxlanımışdır. 3(008)-1820/2024 saylı şikayətə və əlavə edilmiş sənədlərə baxılması, AR İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolların ləğv edilməsini, onun adının tam silinməsini xahiş etmişdir. Lakin şikayətini düzgün və ətraflı qeyd etməmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-si tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixli qərarı və 12-ci PŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN № 1846478-li protokoldan, MN № 1846476-li protokoldan və MN № 1846477-li protokoldan şikayət verdikləri barədə sənədləri təqdim etməmişdir. O, ərizəsi ilə birgə bütün sənədləri də təqdim edərək, məhkəmədən X3 barəsində tərtib edilmiş, MN № 1846476-li protokol əsasında qəbul edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə X7 ərizə ilə mürəciət edərək yaşadığı evdə baldızı Səburə Mirzəyeva və ailə üzvləri tərəfindən döyülərək ona xəsarət yetirilmişdir. X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə X7 ərizə ilə müraciət edərək baldızı Səburə Mirzəyeva və ailə üzvləri tərəfindən döyülərək ona xəsarət yetirildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X10 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, toplanmış material üzrə X12, X4 və X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati tədbir görülməsi məqsədilə aidiyyatı üzrə göndərilmişdir. Barəsində cinayət işinin başlanması rədd edilmişdir; 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2023cü il tarixli qərar ləğv edilmişdir. 30 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 əməlində İXM-nin 157-ci maddənin tərkibi yarandığından həmin şəxs barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərara əsasən toplanmış material üzrə X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati tədbir görülməsi məqsədilə material aidiyyatı üzrə göndərilmişdir. Buna görə də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin qərar qəbul edildikdən sonra onun əməlində İXM-nin 157-ci maddəsinin əlamətlərinin olmasını özündə əks etdirən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyul 2023-cü il tarixli qərar Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən ləğv edilmiş, yenidən aparılan araşdırma nəticəsində isə onun əməlində deyil, X8 əməlində İXM-nin 157-ci maddəsinin tərkibinin olması müəyyən edilmişdir. Lakin buna baxmayaraq X3 barəsində yanlış araşdırma nəticəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 23 sentyabr 2023-cü il tarixli qərar ləğv edilməmiş qalmışdır. Azərbaycan Respublikası İXM-nin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində İXM-nin 157-ci maddəsinə əsasən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2164/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2164/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver