Məhkəmə qərarları › İş №3(008)-2176/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2176/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2176/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X2 iştirakı ilə, xx xxxxxx 1966-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X15 küçəsi, ev 32, mənzil 3 ünvanında qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-532/2019 saylı, 16 iyul 2018-ci il tarixli icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra etməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-532/2019 saylı, 16 iyul 2018-ci il tarixli icra sənədinə əsasən yığılmış 3677 aliment borcunu tələbkar X6 ödənilməsindən yayınır. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, fəhlə işləməsi və qazancı az olmasına baxmayaraq icra sənədi üzrə mütəmadi olaraq hər ay ödəniş etmişdir. Lakin icra vərəqəsi İcra şöbəsinə gec daxil olduğu üçün xeyli miqdarda aliment borcu yığılmışdır. Heç vaxt borcun ödənilməsindən yayınmamışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında göstərmişdir ki, borclu Şəxs tərəfindən ona hər ay ödəniş etsə də, o övladlarının saxlanılmasında çətinlik çəkir. Bunun səbəbi isə yığılmış alimkent botcunun tam ödənilməməsi olmuşdur. Ona görə də qalan aliment borcunun ödənilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(003)-532/2019 saylı, 16 iyul 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay X4 xeyrinə xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(003)-532/2019 saylı, 16 iyul 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə edilmiş bank çıxarışının surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-532/2019 saylı, 16 iyul 2018-ci il tarixli icra sənədi üzrə mütəmadi ödənişlər olmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Əliyev X10 Rayon Məhkəməsinin 2(008)-532/2019 saylı, xx.xx.2018-ci il tarixli qərarın icrasından imtina etmir, aparılmış icra tədbirləri nəticəsində onun icra vərəqəsində qeyd olunan məbləği ödəməyə yönələn əmlakı və ya digər gəliri müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Görünüdüyü kimi Şəxs qərarın icrasından imtina etmir. Onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilən tarixə kimi mütəmadi ödənişlər həyata keçirilmişdir. Hazırkı vaxta aliment borcun yığılsa da, bu borclunu icradan üzrsüz səbəbdən yayınması ilə əlaqədar olmayıb, icra vərəqəsinin İcra şöbəsinə gec daxil olması və borclunun maddi imkanı ilə bağlı olmuşdur. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar