Məhkəmə qərarları › İş №3(008)-2177/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2177/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2177/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Əliyev Emin Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis mayoru Ramin Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis mayoru Ramin Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur.X2 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X2 bildirmişdir ki, o, “xxxxxxxxxxx” MMC-yə məxsus olan **-JV-*** dövlət qeydiyyat nişanlı, "Ford Gargo” markalı yük tipli nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə müvəkkili, polis baş leytenantı Famil Camalov nəqliyyat vasitəsinin yük bölməsində olan qumu göstərərək, habelə heç bir əsas olmadan qanunsuz qum daşınmasında onu ittiham etmiş, eləcə də, heç bir fakta və sübuta əsaslanmadan barəsində İnzibati xəta haqqında protokol tərtib edilməklə həmin tarixdə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 1500 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, İnzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli, inzibati icraat üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 243.01-ci maddəsində yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.17-ci maddəsi həmin Məcəllənin 243.0.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. O, hesab edir ki, İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, əgər belə hal müşayiət edilsəydi ilk növbədə səhə müvəkkli tərəfindən akt tərtib olunmalı, orada qanuna əsaslanan faktlar və sübutlar göstərilməklə İnzibati xəta haqqqmda protokol tərtib edilməlidir. O, sahə müvəkkili X3 ərazisində yerləşən və vətəndaşlara məxsus istixanalarda yararsız tullantı kimi kənara atılmış qumun (həmin vətəndaşların sifarişi ilə) daşınması ilə məşğul olmasını izah etsə də, lakin sahə müvəkkili Famil Camalov dediklərinə əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq barəsində İnzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə, “xxxxxxxxxxx” MMC-yə məxsus olan yük avtomobili onlara təhvil verilməli olduğu halda, avtomobil hal-hazıradək polis bölməsində saxlanılmaqdadır. Məhkəmədən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis mayoru Ramin Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 14-cü PB-nə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə DİN-nin Sabunçu RPİ-nin 14-cü PB-nin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki,X2 barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis mayoru Ramin Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın sürətindən görünür ki, X2 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi natamam, yəni, “243.0.1 əvəzinə 243” kimi qeyd olunmuş, X2 tərəfindən bu Məcəllənin müvafiq maddəsinin hansı bəndinin və tələbinin pozulduğu göstərilməmiş,inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməmiş və nə protokolda, nə də qərarda maddənin dispozisiyasına aid hallar göstərilməməklə araşdırılmamışdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. MəhkəməX1 məhkəmə baxışı zamanı verdiyi izahatına, iş materiallarında olan sənədlərə qiymət verərək hesab edir ki, şikayət əsaslıdır. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbinə əsasən X1 şikayəti təmin edilməli və Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis mayoru Ramin Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə aparıldığı üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis mayoru Ramin Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar