Məhkəmə qərarları › İş №3(008)-2180/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2180/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2180/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədirliyi Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 11 X3 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 11 X3 və Təbii Sərvətlər İdarəsindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 29 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-yə məxsus H 027 027 dövlət qeydiyyat nişanlı X5 markalı yük maşını vasitəsilə tikinti materialları olan qum daşınaraq «Yerin Təki» haqqında Qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsi ilə 29 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs MMC-ə məxsus H 027 027 dövlət qeydiyyat nişanlı X5 markalı yük maşını vasitəsilə tikinti materialları olan qum daşınmışdır. Bu fakt iş materiallarında olan foto-şəkillərlə də təsdiq olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin icrasına nəzarət məqsədilə aparılan monitorinqlər zamanı Balaxanı kəndi yaxınlığında Şəxs MMC tərəfindən yerin təkindən özbaşına (yerin təkindən istifadəyə dair müvafiq icazə sənədləri omadan) istifadə edildiyi və ərazidən qum ehtiyatlarının maşınlara doldurularaq MMC-yə məxsus istehsal sahəsinə daşındığı müəyyən edilmişdir. Aşkar olunan yerin təkmdən qanunsuz istifadə edilməsi faktı ilə bağlı Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən MMC-nin əməkdaşının iştirakı ilə protokol tərtib olunmuşdur. Yerin təkindən qanunsuz istifadə nəticəsində təbiətə 400 (dörd yüz) manat məbləğində ziyan vurulmuşdur. Ona görə də, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən Şəxs MMC-ə məxsus H 027 027 dövlət qeydiyyat nişanlı X5 markalı yük maşını vasitəsilə tikinti materialları olan qum daşınmışdır. Şəxs MMC-nin heç bir nümayəndəsinin məlumatı olmayıb. Lakin inzibati tənbeh tətbiq edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş 294 saylı, 17 sentyabr 2019-cu il tarixli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəza vəziyyətində hesab olunmuş, hal-hazırda yararsız olan 8 çoxmənzilli yaşayış binalarının sökülməsi səbəbindən həmin binanın yaşayış sakinlərinin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə ünvan 1 ünvanda 0.70 ha torpaq, ünvan 2sədullayev küç., 27 saylı ünvanda 0.14 ha M.Ə.Rəsulzadə küç., dalan 03, 2 saylı ünvanda 0.35 ha torpaq sahələri Bakı şəh., Sabunçu Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. İş materiallarına əlavə edilmiş icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-in direktoru B.R. Lələyev və "xxxx" MMC-nin direktoru A.H. Dəmirov arasında 09 iyun 2016-cı il tarixdə bağlanılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi 15 ünvanında yerləşən ümumi sahəsi 7.811 m2 olan əmlakın 3.978 m2 hissəsini, KDM-201 asfalt zavoduna və Əlavə-1 də qeyd edilmiş yol-tikinti, texnikaları, maşın və mexanizmlər icarəyə verilmişdir. İcarəyə götürülən zavod, yol-tikinti texnikaları, maşın və mexanizmlər tərəflər arasında razılaşdırılmış işlər üzrə istifadə edilir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)923/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsinə əsasən-şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə-fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inziabti xəta haqqında materialları, iş materiallarına əlavə edilmiş sübutları, məhkəmə iclasında müəyyən olan hallara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in Azərbaycan Respublikasının İnziabati Xətalar Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5.000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar