Məhkəmə qərarları › İş №3(008)-2181/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2181/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2181/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, 17 noyabr 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Cavid ev 61-də qeydiyyatda olan- X3 Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin 11 aprel 2023-cü il tarixli qərardan verdiyi şikayətə 01 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin 24 mart 2023-cü il tarixli, İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Qərardan narazı qalan X5 həmin qərardan şikayət verərək Bakı şəhəri Sabunçu DYPŞ-nin polis leytenantı Sənan Hüseynovun 11 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 şikayəti onunla əsaslandırmışdır ki, 24 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində “Volkswagen Polo minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi ilə T.Mustafayev küçələrinin kəsişməsində X1 idarə etdiyi “Mitsubishi Galant minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunsuzdur. Göstərilənlərə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nin 11 aprel 2023-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin 22 may 2023-cü il tarixli iclasında iştirak edən inzibati xəta haqqında qərarından şikayət verilən şəxs Sabunçu RPİ-nin DYPŞ-nin YHN üzrə inspektoru polis leytenantı X4 24 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində “Volkswagen Polo minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi ilə T.Mustafayev küçələrinin kəsişməsində X1 idarə etdiyi “Mitsubishi Galant minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Tərəfindən hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Hər iki yol eyni əhəmiyyətli yollardır, heç bir hərəkət müəyyən edici nişan qoyulmamışdır. “Volkswagen Polo minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 tərəfdən hərəkət edən X1 idarə etdiyi “Mitsubishi Galant minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X5 barəsində 11 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-yə göndərilməlidir. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 24 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi ilə T.Mustafayev küçələrinin kəsişməsində “Volkswagen Polo minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən məhkəmə ünvanlanan məktubdan görünür ki, 3(008)-2181/2023 saylı saylı inzibati iş üzrə təyin olunmuş yol-nəqliyyat hadisələrinin eksperizasının aparılmasından zəruri məlumatların olmaması səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş materiallarında olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq müəyyən etdi ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X3 24 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi ilə T.Mustafayev küçələrinin kəsişməsində “Volkswagen Polo minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, “Mitsubishi Galant minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin yaranma anı və həmin andan Volkswagen Polo minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə, nəqliyyat vasitələrinin yolayrıcına dayandığı yerdən daxil olmaları və yaxud gəldikləri sürətlə daxil olmaları, nəqliyyat vasitələrinin toqquşma anında hərəkət sürətləri, toqquşma yerinin hərəkət hissələrinin kənarlarına nəzərən koordinatları, nəqliyyat vasitələrinin yüklü olub-olmaması (yükün çəkisi və sərnişinlərin sayı) kimi iş üzrə əhəmiyyət kəsb edən müəyyən etməmişdir. Bununla da görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.2–ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X3 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Halbuki inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X5 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Bu hal isə X3 təqsirli olmasına əsaslı şübhələr yaradır. Ona görə də, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair 11 aprel 2023-cü il tarixli, TP ******* saylı qərar üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından şikayət təmin edilərək qeyd olunan qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu RPİ-nin DYPŞ-yə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair 11 aprel 2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-yə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar