Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2188/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 tərəfindən AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR DİN tərəfindən qəbul edilmiş qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən verilmiş ərizədə AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etsə də, şikayət ərizəsini materiala əlavə etməmişdir. Bununla yanaşı, məlumdur ki, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023cü il tarixli qərardan məhkəmə ilə yanaşı yuxarı səlahiyyətli orqana şikayət verilməsi nəzərdə tutulmuşdur. X2 tərəfindən verilmiş ərizədə AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023cü il tarixli qərardan şikayət veriləcəyi göstərilsə də, şikayətin hansı orqana verilməsi göstərilməmişdir ki, məhkəmə ona ünvanlanmayan şikayət ərizəsinin verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəyə baxılmasını qanuni və əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş ərizəyə şikayət əlavə edilmədiyindən və bununla da məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan X2 tərəfindən AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş ərizə və ona əlavə edilmiş sənədlər X1 geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. X1 AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə şikayət ərizəsini əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2188/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2188/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver