Məhkəmə qərarları › İş №3(008)-2195/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2195/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2195/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 05 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixdə “Ümidli Gələcək Sosial Reabilitasiya” mərkəzində uşaqla psixoloq mütəxəssisinin görüşü təyin edilmişdir. Lakin Şəxs qərəzli şəkildə uşağı X4 reabilitasiya mərkəzinə aparmamışdır. Bu fakt xx.xx.2023-cü il tarixli “Ümidli gələcək” Sosial Reabilitasiya mərkəzinin məktubu və xəbərdarlıqlarla təsdiq olunur. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs qətnamənin icrası tələb olunmuşdur. xx.xx.2023-cü il tarixdə Şəxs uşağı X4 reabilitasiya mərkəzinə aparması barədə xəbərdarlıq göndərilmiş, lakin o, qərəzli şəkildə uşağı reabilitasiya mərkəzinə aparmamışdır. İcra məmurunun qanuni tələblərinə tabe olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 05 may 2023-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, uşağı X6 ilə ünsiyyətinin təmin olunması üçün uşaqla psixoloqun görüşü təşkil edilmiş, Şəxs uşağı qərəzli şəkildə reabilitasiya mərkəzinə aparmamışdır. Odur ki, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(008)-505/2018 saylı icra vərəqəsinə əsasən ondan X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilmişdir. Hər dəfə uşağı görüş üçün gətirsə də uşaq ağlayaraq atası ilə getmək istəməmişdir. İcra məmuru ona yalnız br dəfə, xx.xx.2023-cü il tarixdə “Ümidli Gələcək Sosial Reabilitasiya” mərkəzində uşaqla psixoloq mütəxəssisinin görüşü üçün aparılması barədə xəbərdarlıq göndərmiş, lakin uşaq xəstə olduğundan apara bilməmişdir. Bu barədə xəstəlik kağızını məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta üzrə iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-505/2018 saylı icra vərəqəsindən görünür ki, X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilmişdir. icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ümidli Gələcək Sosial X1” xx.xx.2023-cü il tarixdə saat 11:00-da psixoloq mütəxəssisin Sabunçu rayon icra şöbəsinin inzibati binasında olmasının təmin edilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs övladı X7 ilə bağlı psixoloq rəyinin alınması üçün xx.xx.2023-cü il tarixdə “Ümidli Gələcək” STİB-nin inzibati binasında uşağın iştirakının təmin olunması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 nömrəli Uşaq Poliklinikasının xx.xx.2023-cü il tarixli Tibbi Arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xəstəliyi ilə əlaqədar məktəbəqədər uşaq müəssisəsinə getməkdən azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Ümidli Gələcək Sosial Reabilitasiya” mərkəzində uşaqla psixoloq mütəxəssisinin görüşü üçün qızı Zəhra Quluzadənin aparılması barədə xəbərdarlıq göndərmiş, lakin uşaq xəstə olduğundan uşağı apara bilməmişdir. Göstərilən hal xx.xx.2023-cü il tarixli tibbi arayışla öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar