Məhkəmə qərarları › İş №3(008)-2197/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2197/2023

06.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2197/2023 06.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vəkili Vəkil iştirakı iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sabunçu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Şəhərciyində yerləşən X1 məxsus fərdi yaşayış evindən hasar birləşdirilmiş “G-4” markalı qaz sayğacını gizli yolla talayıb zərərçəkmiş şəxs X1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 may 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən X3 məxsus fərdi yaşayış olmayan evdən "xxxx" QSC tərəfindən evin çöl divarına bərkidilmiş “G-4” adlı mexaniki tipli qaz sayğacını gizli yolla talayıb zərərçəkmiş şəxs X3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan hadisə ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Şəhərciyində yerləşən X1 məxsus fərdi yaşayış evindən hasar birləşdirilmiş “G-4” markalı qaz sayğacını gizli yolla talayıb zərərçəkmiş şəxs X1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Daha sonra Şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 may 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən X3 məxsus fərdi yaşayış olmayan evdən "xxxx" QSC tərəfindən evin çöl divarına bərkidilmiş “G-4” adlı mexaniki tipli qaz sayğacını gizli yolla talayıb zərərçəkmiş şəxs X3 oğluna 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan oğurluq hadisələri ilə bağlı zərərçəkmiş şəxslər bölməyə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında aparılmış araşdırma üzrə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona təqdim olunmuşdur. Bununla əlaqədar tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs törədilmiş inzibati xətada özünü təqsirli hesab etməyərək izahatında göstərmişdir ki, həqiqətən o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən oğurluq hadisəsini etməmişdir, özü fərdi qaydada evlərə qaz xətti çəkib sayğac birləşdirir, bu işlə 5 ilə yaxındır ki, məşğul olur. Tanıdığı podratçılardan qaz sayğaclarını alıb, biraz baha qiymətə qaz xətti çəkdiyi evlərə birləşdirir. Həmin qaz sayğacı aldığı podraçılardan biridə Şahin adlı şəxsdir. O, Şahindən tez-tez qaz sayğacları alır. Təqribən 1 həftə öncə Şahin adlı şəxsdən 1 ədəd “G-4” adlı mexaniki tipli qaz sayğacını 200 manata almışdır. İlk öncə qaz sayğacına baxdıqda onun sərfiyyatı olmadığı üçün sayğacın oğurluq olmasından şübhə etməyib. Sayğacı aldıqdan sonra həmin qaz sayğacını yoxlatdırdıqda sayğacın oğurluq olmasını və Sabunçu rayonu ərazisində quraşdırılan sayğac olmasını bilmişdir. Təqribən 3 gün əvvəl isə Sabunçu Rayon Qaz İdarəsindən ona zəng olunaraq aldığı sayğacın oğurluq olması bildirilmişdir. Daha sonra oğurluq olan sayğacla bağlı onu polis idarəsinə dəvət etmişlər. Onun istifadəsində olan mobil telefona “Şahin” adlı şəxslə “whatsapp” adlı sosial şəbəkədə yazışmasından olan foto şəkillərə sübut kimi baxış keçirilə bilər. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili Vəkil Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 12 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 05 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə Şəxs istifadəsində olan mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs “Şahin” adlı şəxslə “whatsapp” adlı sosial şəbəkədə yazışmasından olan foto şəkillərdən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet “G-4” adlı mexaniki tipli qaz sayğacında 98 kub qaz sərfiyyatının olduğu aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması barəsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və Barəsində inzibati protokol tərtib edilmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törətməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 may 2023-cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar