Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-22/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X1 katibliyi, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müvafiq qaydada məlumat verilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən X3 bildirdi ki, o, Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoluna əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə "Grand Bus” MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi icbari sığortalanması təmin edilmədiyindən o vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İXM-nin 469.2 maddəsi ilə inzibati məsıılişyətə cəlb edilərək 1500 manat cərimə edilmişdir. Göstərilən qərardan o, xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra şöbəsinin icra məmurundan xx.xx.2022-ci il tarixli icraata başlamaq barədə qərar və bildirişi poçt vasitəsi ilə aldıqdan sonra xəbərdar olmuş və bundan sonra Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarını əldə etmişdir. Belə ki, göstərilən protokol üzrə Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti xx.xx.2021-ci il tarixdə hüquqi şəxs "Grand Bus MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.2 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Sabunçu məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin 3(008)- 4706/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Azərbaycan Respublikası İXM-nin 469.2 maddəsi ilə daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati protokol üzrə icraata xitam verilmişdir və məhkəmə tərəfindən hüquqi şəxsin əməlində inzibati xətanın tərkibi aşkar edilməmişdir. Göstərilənlərin nəzərə alınaraq, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X3 barəsində xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tınbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4706/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlanmışdır. Belə ki, İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1 -ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını, eləcə də X3 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati xətanın törədilməsini müəyyən edən sübutlar aşkar edilməməsini, bundan başqa X2 təqsirinin sübuta yetirilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4706/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlan nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli, səlahiyyətli orqan tərəfindən işin icraatı üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan aparıldığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 -ci maddələrini rəhbər tutaraq,, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-22/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-22/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver