Məhkəmə qərarları › İş №3(008)-2203/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2203/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2203/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikasının ünvan 1i ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Savalan YYM-i yeni tikili ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nəcəfov X3 rayonu, Savalan y/m-də fərdi yaşayış evlərinin qarşısında eyni əhəmiyyətli yolayrıcında hərəkətdə olarkən, yolayrıcının keçilmə qaydasını pozub sağdan yolayrıcına daxil olan “CHEVROLET CRUZE” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən vurub toqquşmuşdur. Nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o BC dərəcəli sürücülük hüququna malikdir. O BC dərəcəli sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 23.30 radələrində o idarə etdiyi Toyota Prado markalı **-BC-*** dövlət qeydiyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Savalan YYM-də yerləşən fərdi yaşayış evlərinin qarşısında üzü qəsəbəyə doğru təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən anidən yol kəsişməsində anidən təxminən 3-4 metr məsafədə yolun sağ hissəsindən düzünə hərəkət edən Chevrolet Cruze markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili gördükdə əyləcdən istfadə edib sükanı sağa doğru istiqamətləndirsədə hadisənin qarşısını ala bilməyib idarə etdiyi avtomobilin qabaq sağ bamperi və qanad hissəsi ilə Chevrolet Crzue markalı avtomobilin sol arxa qapı hissəsindən vurduqda, zərbədən Chevrolet Cruze markalı avtomobil fırlanaraq dayanıb YNH-i baş vermişdir. Hadisə zamanı Cehvrolet Cruze markalı avtomobili idarə edən adını sonradan bildiyi Zərərçəkmiş şəxs xəsarət almasını bildirmişdir. O da ona yaxınlaşaraq köməklik göstərmişdir. Sabunçu rayonu, Savalan YYM-də yerləşən fərdi yaşayış evlərinin qarşısında yol kəsişməsi bir gediş və bir gəliş olmaqla iki istiqamətli düz, hamar asfalt örtüklü və yol nişanları ilə tənzimlənməyən yoldur. Toyota Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində tək olmuşdur. İdarə etdiyi Toyota Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan tarixdə hadisədən qabaq spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, O BC dərəcəli sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində o etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Savalan YYM-də yerləşən fərdi yaşayış evlərinin qarşısında üzü qəsəbəyə doğru təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən yol kəsişməsində düzünə hərəkət etmək istədikdə anidən təxminən 3-4 metr məsafədə hərəkətdə olan Toyota Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yol kəsişməsində yolun sağ hissəsini gözləmədən hərəkətinə davam etdiyi üçün ön hissəsi ilə idarə etdiyi Chevrolet Cruze markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapı hissəsindən vurduqda, zərbədən Chevrolet Cruze markalı avtomobil fırlanıb dayanaraq YNH-i baş vermişdir. Hadisə zamanı zərbədən sol qolundan müxtəlif dərəcəli xəsarətlər almışdır. Ciddi xəsarəti olmadığı üçün heç bir xəsatəxanaya müraciət etməmişdir. Hadisə zamanı yalnız o xəsarət almışdır. Sabunçu rayonu, Savalan YYM-də yerləşən fərdi yaşayış evlərinin qarşısında yol kəsişməsi bir gediş və bir gəliş olmaqla iki istiqamətli düz, hamar asfalt örtüklü və yol nişanları ilə tənzimlənməyən yoldur. Chevrolet Cruze markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində tək olmuşdur. İdarə etdiyi Chevrolet Cruze markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan tarixdə hadisədən qabaq spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 564 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs boyun nahiyəsində və sol bazu oynağında ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan boyunun əzələ-bağ aparatının gətirilməsi və sol bazu oynağı nahiyəsinin qançırı aşkar edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 07 aprel 2025-ci «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 16 aprel 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar