Məhkəmə qərarları › İş №3(008)-2205/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2205/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2205/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Sabirabad rayon Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabirabad rayon Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X3 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Yol Patrul Xidməti inispektoru, polis kiçik serjantı X3 barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli , TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2024-cü il tarixdə şikayət vermiş və xx.xx.2024-cü il tarixli , 3(008)-2058/2024 saylı Qərardad ilə ərazi aidiyyatı barədə vəsatət verilməməsi əsas göstərilərək şikayəti geri qaytarılmışdır. Həmin vəsatəti iş materiallarına əlavə edərək şikayətini verir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi 99MJ567 dövlət qeydiyyat nişanlı “BMW 3161 minik” markalı nəqliyyat vasitəsində Bakıdan Sabirabad rayonuna dünyasını dəyişmiş əzizlərnin qəbirlərini ziyarət üçün getdiyi zaman Sabirabad rayon ərazisində çox aşağı sürətlə dəmir yolu xəttinə yaxınlaşdığında Sabirabad rayon Yol patrul xidməti inispektoru, polis kiçik serjantı X8 nəqliyyat vasitəsinə yaxınlaşaraq saxlama əmri verdi və güya həmin əraziyə girdiyi zaman dayanmadan sürətlə keçdiyini əsas göstərib inzibati xəta törətdiyini bildirməklə barəsində tərtib olunmuş qərar ilə AR inzibati Xətalar məcəlləsinin 327.3-cü maddəsi üzrə ona tətbiq olunan xəta əsassızdır və buna görə də şikayət verir. Həmin qərarla razılaşmır, qərəzli və əsassız olduğundan ləğv edilməsini tələb edir. Qərarın məzmundan müəyyən olunur ki, guya o, AR inzibati Xətalar Məcəlləsin 327.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Halbu ki, onun nəqliyyat vasitəsi aşağılıqdır və altı dəyməsin deyə çox asta idarə edirdi və əraziyə girəcəkdə onunla bərabər bir neçə nəqliyyat vasitəsi hərəkət edirdi. Ona görə də, Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə dair heç bir əsaslı qanun pozuntusu etməyi mümkün deyildi. İnspektor isə məhz ona yaxınlaşdı. İnspektor ona heç görüntüləri də göstərmədi və nə etdiyini belə izah etməyib cərimə qərarını yazdı. Qərarla da əsassız olaraq 100 manat cərimə olunmuş və 4 bal verilmişdir. Qanunvericiliyin mənasına görə “X14” AR Qanunun 44-cü maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. Qeyd edir ki, dəmir yolunda qatar yox idi və keçid bağlanmamışdı.Ona görə də aşağı sürətlə hamı kimi o da hərəkətini davam etdirərək keçidi keçirdi. Qanunun yuxarıda göstərilən tələbləri pozulmamışdır. AR İXM-nin 2,6,9-cu maddələrin məzmununda qeyd olunur ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarının və azadlıqlarının,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, içtimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, içtimai qaydanı və içtimai Jlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdi. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokror nəzarəti ilə şikayət etməklə hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə,onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1 -ci maddəsində qeyd olunur ki, bu məcəllə ilə qorunan içtimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Onun heç bir qəsdi olmamışdır. İnzibati xəta törətmək üçün buna meyilli şəxs deyil. Bu günədək heç bir xəta qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin məzmununa əsasən İnzibati xətalar Haqqında işlər üzrə icratın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv sürətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını amaqdan ibarətdir. Hazırkı vəziyyətdə isə qanunun yuxarıda qeyd olunan normaları pozulmuşdur. Azərbaycan Respublikaslnln İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsini o heç bir hərəkəti ilə pozmamışdır. Beləliklə də, hüquqları kobud sürətdə pozularaq, Sabirabad rayon Yol patrul xidməti inispektoru, polis kiçik serjantı X8 qanunvericiliyin normalarına əməl etmədən ,kobud və qeyri-adekvat davranaraq vəziyyəti araşdırmadan barəsində inzibati qərar tərtib etmişdir. Bundan etiraz etməyimnə məhəl qoymayan inspektor qərarı maşının üstünə atıb getmişdir. Ona görə də, mübahisələndirdiyi hadisənin görüntülərinə yenidən baxılaraq qərar ləğv olunmalıdır. Göstərilənləri və AR İXM-nin maddələrini rəhbər tutaraq, Sabirabad rayon Yol patrul xidməti inispektoru, polis kiçik serjantı X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixində saat 09:01-də “BMW 3161” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X9 xx.xx.2024-cü il tarixində saat 09:01-də “BMW 3161” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Sabirabad rayon Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabirabad rayon X13 Yol Polisi bölməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabirabad Rayon X13 Yol Polisi bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar