Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2212/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-ci il tarixli, EQ 13364998 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-ci il tarixli, EQ 13364998 saylı inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, EQ 13364998 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2023-ci il tarixdə avtomobili uzun müddət nasaz olduğu üçün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 56 saylı binanın həyətində dayanacaqda saxladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X3 həmin inzibati xəta haqqında qərardan şikayət vermişdir. Qey edilənlərə əsasən barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında EQ 13364998 saylı xx.xx.2023-ci il tarixli qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi X3 və inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası şikayətçi X1 və DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2023-ci il tarixli, EQ 13364998 saylı inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-ci il tarixdə saat 08:26 radələrində xx.xx.2023-ci il tarixdə avtomobili uzun müddət nasaz olduğu üçün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 56 saylı binanın həyətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, avtomobili uzun müddət nasaz olduğu üçün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 56 saylı binanın həyətində dayanacaqda saxlamışdır. xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həyətə daxil olmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Lakin məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-ci il tarixli, EQ 13364998 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev Məhkəmə iclası bağlı elan etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ AZ 1040, Bakı şəhəri, Tel: (012) 525-20-72 Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8” Faks: (012) ***-**-** www.sabuncucourt.gov.az Elektron ünvan İş № 3(008)-5249/2022 xx.xx.2022-ci il X2 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, Ev 119 Baş Dövlət Yol Polis İdarəsi X3 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2023-ci il tarixli qərar əsasında qəbul edilmiş xx.xx.2023-ci il tarixli, EQ 13364998 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2022-ci il tarixə, saat 16:30 məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlaiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2212/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2212/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver