Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2243/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sur Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs İlqar oğlunun iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 343.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs İlqar oğlu 23 mart 2021-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində «Mercedes Benz E 430» minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün X1i əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman sürücünün spirtli içki qəbul etməsinə dair şübhələr yaranmış, lakin sürücü müayinə olunmaqdan imtina etmişdir. Bununla da, Şəxs İlqar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində İXP ******* saylı, 23 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs İlqar oğlu izahatında göstərmişdir ki, o, 23 mart 2021-ci il tarixdə spirtli içki qəbul etməmişdir. Polis əməkdaşları onu saxlayarkən spirtli içki qəbul etmədiyi üçün müayinədən imtina etmişdir. Özünü təqsirli bilmir. Məhkəmədən barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 23.03.2021-ci il tarixdə, saat 00:35-də Şəxs İlqar oğlu müayinədən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İlqar oğlunın İXM-in 329.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən İXM-nin Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs İlqar oğlunın törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs İlqar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Şəxs İlqar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İlqar oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Şəxs İlqar oğlunın özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə Şəxs İlqar oğlunın şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs İlqar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat məbləğində cərimə edilsin. Şəxs İlqar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2243/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2243/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver