Məhkəmə qərarları › İş №3(008)-225/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-225/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-225/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin nümayəndəsi X4, şikayətçi X5 nümayəndəsi X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 170/FN saylı qərarının icra olunmaması ilə əlaqədar olaraq barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda xx.xx.2023-cü il tarixli 170/FN saylı qərarı icra etməməyinə görə mənim AR İXM-nin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətam törətdiyi qeyd edilmişdir. Sözügedən protokol tərtib edilərkən tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 170/FN saylı qərar qanunsuz və əsassız olduğundan, qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. Lakin buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən inzibati cərimənin şərti tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* sayiı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərarda onun AR İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətam törətdiyi və 4000 manat inzibati cərimə edilməyi qərar alınmışdır. Qərarda bir daha göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli 170/FN saylı qərar icra edilmədiyinə görə AR İXMnin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, X6 Bakı Regional Bölməsinin 25.04,2023-cü il tarixli 170/FN saylı qərarı ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nörməli müraciəti əsasında Belarus Republikasından idxal olunan 20370 kq kartof məhsuluna qida təhlükəsizliyi sertifikatı verilməsindən imtina edilmiş, həmin məhsulun partiyası qərar hüquqi qüvvəyə mindiyi gün 10 gün ərzində Agentiliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüquqlarından kənara çıxarılması təmin edilməsi və ya sirayətlənmiş məhsul fıtosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə reginal bölmələrinin müfəttişlərinin nəzaərti altında emala göndərilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi qərar alınmışdır. Qərarın qeyd hissəsində qərardan 30 gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilinməsi göstərilmişdir. Tərəfindən Bakı İnzibati Məhkəməsinə Azərbaycan Respublikası X1rşı xx.xx.2023-cü il tarixli 170/FN saylı qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi ilə müraciət edilmiş, iddia icraata götürülərək baxılması üçün xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Odur ki, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin inzibati cərimənin şərti tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar qanunvericiliyin normalarınır kobud surətdə pozulmaqla qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Sözügedən qərar ləğ edilməli və barəmdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi dair qərar qəbu edilməlidir. Məhkəmə iclasında X5 nümayəndəsi X7 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, X5 barəsində cərimə tətbiq edilməsinə dair qərar qəbul edilməsinə səbəb olmuş xx.xx.2023-cü il tarixli qərarla razılaşmadıqları üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-106/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin “Malların(məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası(təkrar emalı, təyinatın dəyişdirilməsi) barədə” xx.xx.2023cü il tarixli 170/FN saylı və xx.xx.2023-cü il tarixli 171/FN saylı, “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli 207/FN saylı qərarları etibarsız hesab olunmuşdur. Odur ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin nümayəndəsi X10 məhkmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli D********** nömrəli müraciət əsasında idxal olunan qida məhsul partiyasına QTS alınmadan satışı və Bakı RB qəbul olunan xx.xx.2023 tarixli 171/Fn qərarının icra olunmamasına görə "xxxx" MMC-nin direktoru X9 barəsində 19 may 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir, verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentinin Bakı RB tərəfindən xx.xx.2023-cü il tarixli D********** nömrəli müraciət əsasında idxal olunan qida məhsul partiyasına QTS alınmadan satışı və Bakı PB qəbul olunan xx.xx.2023 tarixli 171/Fn qərarının icra olunmamasına görə "xxxx" MMC-nin direktoru X9 barəsində xx.xx.2023-cü il tarixli 171/FN nömrəli qərarın icra olunmaması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə "xxxx" MMC-nin direktoru X8 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. 26 aprel 2023-cü il tarixli 171/FN Nömrəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə qərardan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli D********** nömrəli müraciəti əsasında Belarus Respublikasıdan idxal olunan 20370 kq ərzaqlıq kartof məhsulu partiyasına qida təhlükəsizliyi sertifkatının verilməsindən imtina edilməsi, həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında emala göndərilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-106/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin “Malların(məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası(təkrar emalı, təyinatın dəyişdirilməsi) barədə” xx.xx.2023-cü il tarixli 170/FN saylı və xx.xx.2023-cü il tarixli 171/FN saylı, “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli 207/FN saylı qərarları etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası X6nin 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının qəbul edilməsinə səbəb olmuş 26 aprel 2023-cü il tarixli 171/FN nömrəli qərarı "xxxx" MMC tərəfindən mübahisələndirilmiş, həmin iddiaya baxılması Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmaq üçün xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Beləliklə, məhkəmə işin obyektiv hallarını, yuxarıda göstərilənləri, cərimənin şərti tətbiq edilməsi haqqında qərarı, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-1(112)-106/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin “Malların(məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası(təkrar emalı, təyinatın dəyişdirilməsi) barədə” xx.xx.2023-cü il tarixli 170/FN saylı və xx.xx.2023-cü il tarixli 171/FN saylı, “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli 207/FN saylı qərarları etibarsız hesab edildiyindən, hazırki şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası X6nin 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar