Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2255/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq MN ******* saylı, 10 may 2023-cü il tarixli, MN ******* saylı, 10 may 2023-cü il tarixli, MN ******* saylı, 10 may 2023-cü il tarixli, MN ******* saylı, 10 may 2023-cü il tarixli, MN ******* saylı, 10 may 2023-cü il tarixli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, MN ******* saylı, 10 may 2023-cü il tarixli protokolda Şəxs əmlakların oğurlanması göstərilsə də, oğurlanmış əmlakların dəyəri göstərilməmiş, həmin epizod üzrə zərərçəkmiş şəxsin izahatında da əmlakların dəyəri qeyd olunmamışdır ki, belə olan halda məhkəmə səlahiyyətli orqanın nəyə əsasən əməlin inzibati xəta olması qənaətinə gəlməsi, əmlakların dəyərinin 100 manatdan aşağı olması qənaətinə gəlməsi anlaşılan deyil. Digər epizodlarla bağlı inzibati xəta haqqında protokollarda təxmini rəqəmlər göstərilsə də, həmin rəqəmlərin nəyin əsasında təyin edilməsini iş materialları ilə müəyyən etmək mümkün olmamış və zərərçəkmiş şəxslər özləri də əmlakların oğurlanmasını göstərsələr də, onların dəyərini ərizələrində göstərməmişlər. Göstərilən bu hallar işə baxılması zamanı əhəmiyyətli olmaqla məhkəməyə təqdim edilmiş materialların natamam olmasına dəlalət edir. Həmin Məcəllənin 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2255/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2255/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver