Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2260/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 iştirakı ilə, 10 sentyabr 1992-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, Əmir Bağırov küçəsində yaşayan-X5 oğlunun Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin 27 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolundan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 oğlu Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin 27 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış, lakin Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, 27 aprel 2021-ci il tarixində yaşadığı evin qarşısında küçədə, heç kimin olmadığı yerdə siqaret çəkən zaman polis əməkdaşı ona yaxınlaşaraq, karantin rejimi qaydalarını pozduğunu, tibbi maska taxmadığımı bildirmişlər. Polisə qanunu pozmadığını və küçədə heç kimin olmadığı zaman siqaret çəkmək üçün maskanı endirdiyini bildirsə də onun adını, soyadını və telefon nömrəsini soruşaraq, onun iradına məhəl qoymadan, hüquq və vəzifələrini ona izah etmədən barəsində inzibati protokol tərtib etmişdir. O protokolla razı olmadığını bildirmiş, lakin protokolla razı olmadığını bildirməyinə baxmayaraq, onu polis bölməsinə dəvət etmədən, heç bir araşdırma aparmadan barəsində 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edildi və qərar qəbul edilərək, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Həmçinin də inzibati protokolla razı olmadığı üçün barəsində inzibati tənbeh olunma haqda qərar qəbul edilməzdən əvvəl o polis bölməsinə dəvət edilməliydi. Araşdırma aparılmalı bundan sonra müvafiq qərar qəbul edilməli idi. Lakin polis əməkdaşı tərəfindən qanunun tələblərinə əməl edilmədən protokol tərtib edilib və qərar qəbul olunub. Bu səbəbdən də hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin 27 aprel 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında qəbul edilmiş qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin 27 aprel 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X4 Aydın oğlu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X5 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X5 oğlunun Bakı şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin 27 aprel 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2260/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2260/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver