Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2260/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektor, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da “Zil-yük” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan Pirşağı qəsəbəsində idarə edərək İİ dərəcəli yoldan baş yola çıxıb hərəkət edən zaman, baş yolla səmtini dəyişmədən düzünə hərəkət edən “Hyundai İX 35“ markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində sonuncu avtomobilin sürücüsü X8 və sərnişini həyat yoldaşı X9 yüngül dərəcəli bədən xəsarəti almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində 23 aprel 2025-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kamran Məmmədov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Pişağı qəsəbəsi ərazisində qum apararkən maşının arxa hissəsi qırılıb yerə düşmüşdür. O, da onu kənara qoymuşdur ki, qumu boşaldandan sonra qayıdıb aparar. Buna görə məhəllə arasında avtomobili yüksək sürətlə idarə etmişdir. Bunu görüb məhəllə sakini onu qovalamışdır. O, da yolda digər avtomobillərin olub-olmamasına baxmadan yola çıxmışdır. Bu zaman düzünə hərəkət edən avtomobil onun avtomobilini vurmuşdur. Maşından düşəndən sonra sakinlər onun üzərinə gəldiyi üçün o, avtomobilə minərək oradan uzaqlaşmışdır. Ona görə toqquşduğu nəqliyyat vasitəsində olan şəxslərə heç bir yardım edə bilməmişdir. Hadisədən təxminən 8 ay əvvəl avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün polis onu saxlamış və sürücülük vəsiqəsini almışdır. Onun 2023-cü ildə sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. İki dəfə polis onu nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Hundai İX 35” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə təqribən 50 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Mehdiabad yolunda Pirşağı istiqamətində hərəkətdə olduğu zaman “Zil-yük” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil köməkçi, yəni məhəllə arası yoldan gözlənilmədən yola çıxdığından o, tormoz əyləcdən istifadə etsə də, həmin avtomobilin sol ön hissəsi ilə toqquşub yolun kənarına keçib dayanmışdır. Hadisədən sonra avtomobilin sürücüsü onlara heç bir köməklik etməmişdir. Hadisə nəticəsində o və həyat yoldaşı xəsarət almışlar. Hadisədən sonra sürücünun qeyri-adekvat hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olması və ya sərxoş vəziyyətdə olması qənaətində olmuşdur. Onun tələbindən sonra yalnız hadisədən bir həftə sonra şəxs narkoloji testdən keçmişdir. Hadisədən bir gün sonra isə sərxoşluq müayinəsindən keçmişdir. Təbii ki, üzərindən vaxt keçdikdən sonra şəxsin nə sərxoşluğu, nə də narkotik vasitədən istifadə etməsinin əlamətləri aşkar oluna bilər. Qüsur aktını məhkəməyə təqdim edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 11,672 manat maddi ziyan dəymişdir. Şəxs şikayətçidir. Ona ən ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Cinayət işinin başlanamsının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 və X4 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsi Sabunçu Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 611 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X5 üst dodağın qançırı və əzilmiş yarası ilə müşayiət olunan sağtərəfli ön kəsici (11-ci) dişin travmatik zədələnməsi, çənə nahiyəsinin qançırı, ağrı simptomu ilə müşayiət olunan hər iki baldır nahiyəsinin dərialtı hematomaları aşkar edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsi Sabunçu Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 610 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X6 alın-təpə, sağ əl və sol diz oynağı nahiyələrinin qançırları, ağrı simptomu və qismdən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağı nahiyəsinin dərialtı hematoması aşkar olunmuşdur. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirini tətbiq etməklə inzibati tənbehin məqsədlərinə çatmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130 -cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «23» aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-2260/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2260/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver