Məhkəmə qərarları › İş №3(008)-2261/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2261/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2261/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı B.Sadıqzadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəmki, material natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından, inzibati xəta haqqında protokol onu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarxdə saat 20:00-da Bilgəh qəsəbəsi, Az. Qadını küçəsi ünvanında evin şüşələrini qıraraq, X2 50 manat ziyan vurmuşdur. Məhkəməyə təqdim edilən iş materiallarında yalnız xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol olmuş, lakin işin mahiyyətini əks etdirən digər sənədlər ona əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19 fevral 2024-cü il tarixli 3(008) – 1348/2024 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nə geri qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, iş materiallarında olan 24 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Şəxs X1 50 (əlli) manat ziyan yetirməsi göstərilsə də, 15 fevral 2024-cü il tarixli tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə Şəxs evin şüşələrini qıraraq X3 50 (əlli) manat ziyan yetirməsi qeyd edilmişdir. Həmçinin, təqdim olunmuş materiallarından görünür ki, Şəxs izahatı iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, tərtib edilmiş 15 fevral 2024-cü il tarixli protokolda Şəxs evin şüşələrini qıraraq X3 50 (əlli) manat ziyan yetirməsi göstərilsə də, iş materiallarında dəymiş ziyanın məbləğini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Lakin qərardadda göstərilən hallar aradan qaldırılmadan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol yenidən məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə baxılıb tamamlanması mümkün olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis kapitanı Mirağa Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar