Məhkəmə qərarları › İş №3(008)-2263/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2263/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2263/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədov Aqil Akif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamış və məhkəmə iclasında həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmamışdır. Buna görə də 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(0080- 260/2014 cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4 az yaşlı uşağın saxlanılması üçün hər ay 412 manat tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Şəxs tərəfindən X3 ödəniləcək borc 50.676 manatdır, borclu ödənişi etmədiyindən borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru bildirmişdir ki, iş ona başqa icra məmurundan keçdiyindən işin hallarından tam məlumatlı olmamışdır, borclu uşaqlarına alimenti rəsmi qaydada ödəməsə də, uşaqlarının xərclrini çəkdiyini bildirmişdir, amma bu faktı təsdiq edə bilmək üçün zərərçəkəni tapa bilməmişdir, zərərçəkənin anası və qardaşı onun uşaqlarını qoyaraq Türkiyəyə getdiyini və uzun müddətdir onunla əlaqə yarada bilmədiklərini, amma uşaqların atasının onlara baxdığını bildirdiklərini qeyd etmişdir. Bundan başqa şəxsin barəsində əvvəllər alimenti ödəməməsi ilə bağlı hər hansı inzibati tənbeh tədbiri tətbiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən borclu Şəxs 2014-cü ildən tələbkara rəsmi qaydada ödəniş etmədiyini lakin uşaqların saxlanmması üçün tələbkara daim ərzaq və geyim alaraq köməklik etdiyini, altı aydır ki tələbkarın Türkiyə Respublikasında olduğunu və uşaqların birinin öz yanında, üçünün isə qaynının evində qaldığını və onların maddi ehtiyaclarını hazırda özünün qarşıladığnı bildirmişdir. Borclu tələbkarın ondan aliment borcu ilə bağlı tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında sədrlik edənin suallarına icra məmurunun verdiyi cavablardan müəyyən olundu kiaydın olmuşdur ki, icra məmuru 2(008)-260/2014 cü il tarixli icra vərəqəsi onun icraatına yeni keçmiş, lakin icraatına yeni keçmiş icra vərəqəsi ilə bağlı lazımi hərəkətlər etməmiş, tələbkarla əlaqə yaradaraq borclunun dedikləri ilə bağı dəqiqləşdirmə aparmamışdır. Eyni zamanda icra məmuru tələbkarın borcluya qarşı heç bir şikayət və tələbi ilə müraciətinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilən zaman icra məmurunun yetərsiz hərəkətlərindən dolayı təqdim edilmiş materialların natamam olduğu müəyyən edilmişdir. Göründüyü kimi, işin halları tam araşdırılmadan borclu barəsində AR İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğuna görə Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar