Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2306/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 iştirakı ilə, 07 iyun 1962-ci il tarixdə anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan- X5 oğlunun Bakı şəhər Sabunçu RPİ Dövlət Yol Polis Şöbəsinin 22 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 oğlu Bakı şəhər, Sabunçu RPİ Dövlət Yol Polis Şöbəsinin 22 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər, Sabunçu RPİ Dövlət Yol Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış, lakin Bakı şəhər Sabunçu RPİ X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Bakı şəhər Sabunçu RPİ X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, 22 dekabr 2020-ci il tarixdə Sabunçu RPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən guya o xüsusi karantin rejimi vaxtında müvafiq “sms” icazə almayaraq çölə çıxdığı üçün barəsində qərar qəbul edilərək 200 manat məbləğində cərimə olunmuşdur. Qərarda göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati xətanı törətmiş, yəni müvafiq icazə almadan yaşadığı evdən çölə çıxmış və buna görə də Sabunçu Rayon DYPŞ-si tərfindən 200 manat məbləğində cərimə edilmişdir. Qərarla razı deyildir. Hesab edir ki, həmin qərar əsassız qəbul edildiyindən ləğv edilməlidir. Ona görə ki, o, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Həmin vaxt o evdən çölə çıxmaq üçün müvafiq “sms” icazəni alaraq evdən çölə çıxmışdır. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Bakı şəhər, Sabunçu RPİ DYPŞ tərəfindən 22 dekabr 2020-ci il tarixli, TP ******* saylı qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhər, Sabunçu RPİ DYPŞ tərəfindən 22 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X4 Hünbət oğlu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X5 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X5 oğlunun Bakı şəhər, Sabunçu RPİ DYPŞ-nin 22 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2306/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2306/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver