Məhkəmə qərarları › İş №3(008)-2307/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2307/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2307/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə müvafiq olaraq 07 aprel 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 07 aprel 2023-cü il tarixli, İXP ******* saylı protokola əsasən Şəxs AR İXM-nin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli Qərardadı ilə hazırki iş materialı barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatının olmaması, həmçinin inzibati xətanın törədildiyi yerin və inzibati xətanın mahiyyətinin protokolda əks olunmaması səbəbindən Sabunçu Dövlət X2 geri qaytarılmışdır. X3 Polisi Şöbəsi tərəfindən inzibati xəta haqqında protokola düzəliş edilərək inzibati xətanın törədildiyi yer göstərilsə də, inzibati xətanın mahiyyəti və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatı iş materialına əlavə edilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilir. Həmçinin AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı və inzibati xətanın mahiyyəti göstərilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Sabunçu Rayon Dövlət X2 geri qaytarılsın. Hakim: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar