Məhkəmə qərarları › İş №3(008)-2319/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2319/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2319/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ/17689474 və EQ 17914935 №li elektron qərarlarının ləğv olunmasına dair şikayətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ/17689474 və EQ 17914935 №li elektron qərarının ləğv olunmasına dair şikayətlə məhkəməyə mürajiət edərək, BDYPİ-in səhvən X2 328.1, 332 və 332.3-jü maddələri ilə tərtib edilmiş EQ/17689474 və EQ 17914935 №li elektron qərarlarından şikayətin təmin olunması və inzibati xəta törədilməsinə dair ijraata, inzibati xəta törədilmədiyindən xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət– şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi ki, hər iki qərardan şikayət bir ərizədə verilmişdir. Bu isə qanunverijiliyin tələblərinə ziddir. Hər bir qərardan şikayəğt ayrı-ayrılıqda verilməlidir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutub, qərara aldı: X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ/17689474 və EQ 17914935 №li elektron qərarının ləğv olunmasına dair şikayətlə məhkəməyə mürajiət edərək, BDYPİ-in səhvən X2 328.1, 332 və 332.3-jü maddələri ilə tərtib edilmiş EQ/17689474 və EQ 17914935 №li elektron qərarlarından şikayətin təmin olunması və inzibati xəta törədilməsinə dair ijraata, inzibati xəta törədilmədiyindən xitam verilməsi barədə şikayəti baxılmadan geri qaytarılsın. Qərardadın şikayət verilə bilməz. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar