Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2321/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin törətdiyi inzibati xəta barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən MN ******* saylı, 18 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 18 mart 2024-cü il tarixdə saat 13:00-da ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti məşğul olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, 18 mart 2024-cü il tarixdə saat 13:00-da ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti məşğul olması faktı aşkar edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, 18 mart 2024-cü il tarixli inzibayi xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti məşğul olması faktı aşkar edilmiş və "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında xx.xx.2024-cü il, 178 nömrəli plandan kənar yoxlama aktından görünür ki, şikayət müraciətinə əsasən 18 mart 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama aparılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 23 fevral 2024-cü il tarixli 21 nömrəli Sərəncamına əsasən "xxxx" MMC-yə verilmiş lisenziya və onun əlavələrinin dayandırlması haqqında sənədlərin olmasına baxmayaraq lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi faktı aşkar edilmişdir. Akt "xxxx" MMC-nin qanuni təmsilçisi Nurlana Məmmədova tərəfindən imzalanmışdır. Həmçinin akta əlavə edilmiş Nurlana Məmmədovanın izahatından görünür ki, lisenziyanın dayandırılması ilə əlaqədar sərəncamı xx.xx.2024-cü il tarixdə aldığını və məlumatsız olduğu üçün ambulator fəaliyyəti davam etdirdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2321/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2321/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver