Məhkəmə qərarları › İş №3(008)-2335/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2335/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2335/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi, hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 24 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-3910/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbi üzrsüz səbəbdən müəyyən olunmuş səbəbdən icra etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, məhkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürmüş olduğu əşyanı bacısı üçün götürmüşdür. O, da pulu verməmişdir. Özü dayə olaraq işləyir, maddi vəziyyəti borcu ödəməyə imkan vermir. Bacısına borcun ödənilməsini bildirmişdir, o, nə vaxt pulu ödəsə borcu həmin vaxt qaytaracaqdır. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi, hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyən X4 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 4328 manat məbləğində borc, 83,28 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bu günə kimi borclu heç bir ödəniş etməmişdir. Hətta ona ayda müəyyən məbləğdə ödənilməsi üçün şərait yaradılmışdır. Lakin borclu bunu da etməmişdir. Bu iki il ərzində heç bir ödəniş etməmişdir. Bu gün də borcludan real olaraq nə ödəniş edə biləcəyi soruşulduqda borclu konkret bir məbləğ deyə bilməmiş, nə vaxt ona ödəniş edilsə o, da borcunu ödəyə biləcəyini qeyd etmişdir.. Məhkəmədən borclu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3910/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1394,5 manat ödənilməmiş hissə, 139,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2540 manat ödənilməmiş hissə və 254 manat cərimə borcu olmaqla, cəmi 4328 manat məbləğində borc və 63,28 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 4328 manat məbləğində pul vəsaiti və 63.28 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3910/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2023-cü il tarixdə borclu tərəfindən qəbul edilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əşyaları başqa adama verdiyi, həmin adamın borcu ödəmədiyi üçün onun borcu ödəyə bilməməsinə dair mövqeyini məhkəmə özünü müdafiə xarakterli izahat kimi qəbul edir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanmış müqavilələr üzrə ödənilməmiş pul vəsaitinin sonuncudan tutulmasına dair məhkəmə qərarı qəbul edilmişdir. Yəni borcun aid olduğu şəxsin məhz Şəxs olduğu qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən olunmuşdur. Ona görə də Şəxs bu məsələ ilə bağlı gətirdiyi dəlil borcun icrasından yayınmaq üçün bir vasitə olmaqla məhkəmə qərarının üzrlü səbəb olmadan icra olunmamasının göstəricisidir. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, ilk dəfə məsuliyyətə cəlb edilməsini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar