Məhkəmə qərarları › İş №3(008)-2336/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2336/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2336/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X6 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, o Bakı şəhəri, Nəsimi rayonu, Bülbül-Üzeyir Hacıbəyov küçəsində svetaforun yaşıl işığında hərəkətdə olsa da o qanunsuz 100 manat məbləğində cərimə olunmuşdur. O heç bir qayda pozmadığını bildirmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X6 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. X1 qeydiyyat ünvanı ünvan 3 X4 Bakı şəhəri Sabunçu rayonu əraizisində yaşamasına dair sənədlər şikayət ərizəsinə əlavə edilməmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi X6 ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X2na geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 106-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 tərəfindən EQ26170631 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayət ərizəsi X5 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar