Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2356/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq 15 may 2023-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib olunmasına baxmayaraq iş materialına tamamilə başqa şəxsə aid Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 X1 X2 Rəyi əlavə edilmişdir. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Göstərilən bu hallar işə baxılması zamanı əhəmiyyətli olmaqla məhkəməyə təqdim edilmiş materialların natamam olmasına və düzgün tərtib olunmamasına dəlalət edir. Həmin Məcəllənin 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokollar və onlara əlavə olunmuş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə geri qaytarılsın. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2356/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2356/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver