Məhkəmə qərarları › İş №3(008)-2392/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2392/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2392/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, X1nun iştirakı ilə, X1nun Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 27534094 nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 27534094 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X2 məxsus olan “Toyota Prius minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə məşğul olmağına dair xüsusi hazırlıq kursu keçmişdir və ona xx.xx.2023-cü ildə T000584 nömrəli şəhadətnamə verilmişdir. Bundan başqa taksi fəaliyyəti ilə məşğul olmağı üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona xx.xx.2024-cü ildə 7 il müddətinə, yəni xx.xx.2031-ci ilədək TDV seriyalı 12475 nömrəli buraxılış vəsiqəsi və idarə etdiyi “Toyota Prius minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2027-ci ilədək TDK 13866 nömrəli buraxılış kartı verilmişdir. Hazırda qanuni taksi fəaliyyəti ilə məşğuldur. Lakin buna baxmayaraq, BDYPİnin yol patrul xidmətinin əməkdaşı qanunsuz olaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə AR İXM-nin 346.6-cı maddəsinin tələblərini pozduğunu əsas gətirərək barəsində inzibati xəta haqqında 27534094 nömrəli elektron qərar qəbul edilmişdir. Belə ki, ünvan 1 ünvanda taksi duracağında nəqliyyat vasitəsini saxlayaraq yaxınlıqda yerləşən mağazaya daxil olmuş və bir neçə dəqiqədən sonra mağazadan çıxdıqda istifadəsində olan (*** *** ** **) mobil telefona sms bildirişi gəlmiş və həmin bildirişdə AR İXM-nin 346.6-cı maddəsinə əsasən inzibati xəta törətdiyi qeyd olunmuşdur. Halbuki, hər hansı inzibati xəta törətməmişdir, taksi fəaliyyətini müvafiq dövlət qurumu tərəfindən verilmiş sənədlərə əsasən həyata keçirir. Görünür ki, AR İXM-nin 346.6-ci maddəsinə əsasən barəsində qəbul edilmiş 27534094 nömrəli elektron qərar qanunsuz və əsassızdır. Ona görə də həmin qərarın qərəzli, qanunsuz və əsassız olmasının, eyni zamanda qərarda qeyd olunmuş inzibati xətanı törətməməsi səbəbindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında X1 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 27534094 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ27534094 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2025-ci ildə ünvan 2 ünvanında 77GM205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini-taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durması inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsi ilə məsuliyyətə cəlb olunaraq barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"ndən görünür ki, "Toyota Prius" minik markalı 77GM205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyətçisi X3r; xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə"dən görünür ki, X4 tərəfindən "Toyota Prius" minik markalı 77GM205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə, sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, qeydiyyatdan çıxarmaq kimi səlahiyyətlər X6 verilmişdir; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli TDV seriyalı 12475 nömərli "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi"ndən görünür ki, X6 taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək üçün 7 il müddətində qüvvədə olan buraxılış vəsiqəsi verilmişdir; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli TDV seriyalı 12475 nömərli "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış kartı"ndan görünür ki, X6 taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək buraxılış kartı verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 27534094 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayətçinin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, X6 “Toyota Prius minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşımalarını həyata keçirmək üçün buraxılış kartı və buraxılış vəsiqəsi verilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 məhz 77GM205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi minik avtomobili olmayan nəqliyyat vasitəsi kimi qiymətləndirərək taksi duracağında saxlamasına görə inzibati tənbeh tətbiq etmişdir. Halbuki İXM-nin 346.6cı maddəsinin dispozisiyasından görünür ki, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə bu hal müəyyən olunmamışdır. Əksinə taksi duracağında saxlanılan avtomobilin taksi minik avtomobili olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 27534094 nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 27534094 nömrəli qərarın ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar