Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-240/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Vüqar Alıyevin, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 17 sentyabr 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32 qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu rayon icra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4167/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 1020 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tələbkar "xxxx" MMC-nin xeyrinə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1520/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 946.13 manat əsas borcun və 20 manat dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4028/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1585 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tələbkar "xxxx" MMC-nin xeyrinə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10197/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 12830 ABŞ dolları, 4347 ABŞ dolları məbləğində pulun tələbkar "xxxx" ASC-nin xeyrinə və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2523/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 120 ABŞ dolları, 6600 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tələbkar X1 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Vüqar Alıyev tərəfindən MN № ******* saylı, 12 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Alıyev izahatında göstərmişdir ki, Şəxs beş icra vərəqəsi üzrə borcun icrasından yayınır. Borclu Şəxs icra vərəqələri üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Hal-hazırda ümumi borc məbləği 32771 (otuz iki min yeddi yüz yetmiş bir) manat təşkil edir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borcunun olduğunu etiraf edir. İcra vərəqələrindən məlumatlıdır. Maddi imkanı olmadığından və heç bir yerdə işləmədiyi üçün borcunu ödəməmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4167/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 1020 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tələbkar "xxxx" MMC-nin xeyrinə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1520/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 946.13 manat əsas borcun və 20 manat dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4028/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1585 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tələbkar "xxxx" MMC-nin xeyrinə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10197/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 12830 ABŞ dolları, 4347 ABŞ dolları məbləğində pulun tələbkar "xxxx" ASC-nin xeyrinə və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2523/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 120 ABŞ dolları, 6600 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Alıyev tərəfindən qəbul edilmiş qərarla icra işləri 101262/2020 nömrəli icra işinin icraatında birləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi və barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, heç bir ödənişin aparılmamasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 yanvar 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə, Sabunçu rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-240/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-240/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver