Məhkəmə qərarları › İş №3(008)-243/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-243/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-243/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, Şikayət vermiş şəxs X3 vəkili X2 iştirakı ilə, X5- Bakı şəhəri 26 Saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ 7784671saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ 7784671saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 xx.xx.2021-ci il tarixdə Pirşağı-Novxanı yolunda X8 yaxınlığında yol nişanlarının tələblərinə riayət etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X6 həmin inzibati xəta haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən X3 vəkili X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 şikayət ərizəsini müdafiə edərək bildirir ki, xx.xx.2021-ci il tarixdə saat 05.44 radələrində guya X4 məxsus VAZ 2106 markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı-Novxanı yolunda X8 yanında Pirşağı st Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 maddəsinin normalarını pozduğuma görə onun haqqımda inzibati xəta törətməymə görə EQ ******* saylı qərar qəbul etmişlər. Bildirilir ki, o VAZ 2106 markallı 10 SL-793 dövlət qeydiyyatlı avtomaşını 10 il bundan qabağ satmışdır. Onun nə istifadəndə, nə də mülkiyyətimdə deyil. Bundan əlavə göstərilən tarixdə o Azərbaycan Respublikası ərazisində olmamışdır. Buna sübut kimi Azərbaycan Respublikası Dövlət Sərhət Xidmətinin mənə xx.xx.2022-ci il tarixli məktubu ərizəyə əlavə edir. Məhkəmə tərəfindən şikayətinə hüquqi qiymət verilərkən ən azından onun təqsirsiz olduğum araşdırılmalı və buna görə qərar verilməlidir. Bu əsasla hüquqi normaların tələbinə görə, barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında EQ 7784671saylı xx.xx.2021-ci il tarixli qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2021-ci il tarixli, EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X6 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə saat 05:44-də Pirşağı-Novxanı yolunda X8 yanında Pirşağı st Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 maddəsinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, o VAZ 2106 markallı 10 SL-793 dövlət qeydiyyatlı avtomaşını 10 il bundan qabağ satmışdır. Onun nə istifadəndə, nə də mülkiyyətimdə deyil. Bundan əlavə göstərilən tarixdə o, Azərbaycan Respublikası ərazisində olmamışdır. Lakin məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X6 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ 7784671saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar