Məhkəmə qərarları › İş №3(008)-2445/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2445/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2445/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ polis kapitanı X7 tərəfindən tərtib olunmuş 19 fevral 2024-cü il tarixli İnzibati Xəta haqqında TP №-6294601 saylı inzibati xəta haqqında protokoldan görünür ki, İXM-nın 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın guya tərəfindən törədilməsi aşkar edilmiş və həmin protokola əsasən İnzibati tənbeh vermə haqqında TP №-6294601 qərarla 150 manat (4 bal) cərimə edilmişdir.Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o heç bir halda İXM-nın 327.4-cü maddəsinin tələbləri pozulmamışdır.Həmin tarixdə ona məxsus **-PB-*** dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobillə Qaraçuxur qəsəbəsindən üzü Bakıxanov istiqamətində Sakit Qocayev küçəsilə hərəkətdə olduğu zaman Bakıxanov Ticarət mərkəzinin önündə işıqforda dayanmış, sonra işıqforun yaşıl işığı yananda hərəkətinə davam edərək qısa manevr edib ötmə əməliyyatını yerinə yetirmişdir. Ötmə əməliyyatını yerinə yetirərkən hər hansı bir qadağan edilmiş yol nişanına (1.1 və 1.14 nişanına) rast gəlməmişdir. Bu hadisədən bir neçə gün sonra Bakı şəhəri BDYPİ-i tərəfindən zəng edilərək İdarəyə 25-ci otağa dəvət olunmuş və idarəyə 25-ci otağa yaxınlaşmışdır. Polis kapitanı Zaur Tağıyev ona bildirdi ki, qayda pozub. Video görüntünü tələb etmiş. Video görüntüyə baxarkən 327.4-cü maddənin tələblərini pozduğunu və protokol tərtib edəcəklərini bildirilmişdir. Danışıq zamanı protokolun hansı səbəblərdən və əsaslardan tərtib ediləcəyini soruşduqda ,düz xətti kəsərək qarşı tərəfə çıxıb hərəkətin əks istiqaməti ilə getdiyini bildirmişlər. Qayda pozuntusunun hansı nişanın tələbinə əməl edilmədiyini izah edilməsini tələb etdikdə, bu tələbim qarşılıqsız qaldı. Yekunda "elə düz xətti kəsibsən " deyə izah etdilmişdir. İzahatı vermiş və həmin izahatda da öz iradlarını və əsassız yerə cərimələndiyini bildirmişdir. Bir neçə gündən sonra qərarsız cərimə qərara alınmış, lakin ASANPAY portalında heç bir qərar və video görüntü əldə etmək mümkün olmadı. Nəticədə BDYPİ-nə şəxsən özü yaxınlaşaraq qərarı əldə etmişdir.Qeyd edilənləri nəzərə alaraq, Sabunçu rayon ******* saylı, xx.xx.2024-cü il tarixli Bakı şəhər DYPİ-nin qərarı qanunsuz və əsassız qəbul edildiyindən ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixində Sabunçu rayonu, Sakit Qocayev küçəsi ərazisində “Hyundai Accent” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 15:13-də Sabunçu rayonu, Sakit Qocayev küçəsi ərazisində “Hyundai Accent” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2024-cü il tarixində saat 15:13-də Sabunçu rayonu, Sakit Qocayev küçəsi ərazisində “Hyundai Accent” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Sabunçu Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu Rayon Dövlət X12 göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətməsinə dair Sabunçu Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Sabunçu Rayon Dövlət X12 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar