Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2455/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlu, X2 15 avqust 2025-ci il tarixli ******* saylı protokolu və onun əsasında qəbul edilmiş 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin nümayəndəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 15 avqust 2025-ci il tarixli ******* saylı protokolu və onun əsasında qəbul edilmiş 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsin məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul edilmiş qərardan şikayət nəzərdə tutulduğu halda "xxxx" MMC-nin nümayəndəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 15 avqust 2025-ci il tarixli ******* saylı protokolu və onun əsasında qəbul edilmiş 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin şikayət ərizəsinə X2 15 avqust 2024-cü il tarixli MN2121525 saylı protokolun surəti əlavə edilmişdir. İşin nəticələrinə dair qərar şikayət ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə X2 15 avqust 2024-cü il tarixli MN ******* saylı protokolun surətindən görünür ki, protokol hüquqi şəxs "xxxx" MMC-nin barəsində deyil, vəzifəli şəxs olan X1 barəsində tərtib edilməklə ona inzibati xəta haqqında işə baxılması barədə xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, şikayət "xxxx" MMC-nin adından səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı, 118-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 15 avqust 2025-ci il tarixli ******* saylı protokolu və onun əsasında qəbul edilmiş 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-2455/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2455/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver