Məhkəmə qərarları › İş №3(008)-2462/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2462/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2462/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 iştirakı ilə, X5 tərəfindən Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərardan şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “Hyudai Elantra” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23 aprel 2023-cü il tarixdə hərəkətdə olarkən Bakı şəhəri Baş Polis idarəsi DYPİ-nin yol nəqliyyat hadisələri inspektoru X3 tərəfindən saxlanılmışdır. Həmin vaxt inspektor ona avtomobilinə istifadəsinə icazə verilməyən əlavə işıq cihazı quraşdırıldığını bildirmişdir. O isə öz növbəsində belə bir işıq cihazının olmadığını, həmin lampanın hər kəsin istifadə etdiyi adi lampanın olduğunu və lazım gələrsə özü də çıxara biləcəyini bildirmişdir. Daha sonra avtomobil əsassız olaraq cərimə meydançasına aparılmış və avtomobilin cərimə meydançasına aparılması barədə inspektor tərəfindən hər hansı inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Lampanın qadağan olub-olmaması məsələsini cərimə meydançasında dəqiqləşdirilcəyi bildirilsə də, sözünə əməl etməmiş və əsassız olaraq avtomobilimi orada saxlamışdır. Lampanı isə avtomobili cərimə meydançasına yerləşdirilmədən çıxarıb. Bu əsasla hüquqi normaların tələbinə görə, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-ci il tarixli qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 şikayətin mzəmununa uyğun ifadə verərək təmi edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X5 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 150 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, o olan “Hyudai Elantra” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə tətbiq edilmiş cərimə barədə heç bir məlumat olmamışdır. Lakin məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X5 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar