Məhkəmə qərarları › İş №3(008)-2465/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2465/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2465/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(008)- 2465/2021 saylı qərarına xitam verilməsi barədə Şəxs ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(008)-2465/2021 saylı qərarına əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs ərizə verərək inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq ödədiyini bildirmiş və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(008)- 2465/2021 saylı qərarına xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu tam şəkildə dövlət nəfinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-1-ci maddəsinin 12-ci hissəsində əsasən cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs cəriməni və dəbbə pulunu ödədiyinə görə onun ərizəsi təmin olunmalı, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(008)-2465/2021 saylı qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ərizəsi təmin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(008)-2465/2021 saylı qərarına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar