Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2465/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakları ilə, 26 avqust 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan X12 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən X12 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 18 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı icra vərəqəsinə əsasən X4 06 dekabr 2004-cü il təvəllüdlü X8, 05 sentyabr 2006-cı il təvəllüdlü X9, 22 aprel 2011-ci il təvəllüdlü X5, 20 iyul 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 160 manat, cəmi 640 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş və onun 34000 manat aliment borcu yaranmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X13 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı icra vərəqəsinə əsasən 31 mart 2020-ci il tarixdə qanunamüvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə qərar və bildiriş borcluya təqdim edilmiş, lakin qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi təmin edilməmişdir. Borclu tərəfindən 2021-ci ildə zərərçəkmiş şəxsə 10000 manat məbləğində ödəniş edilmiş, lakin həmin tarixdən üçün bugünədək alimentin ödənilməsi istiqamətində borclu hər hansı addım atmamış və alimenti ödəyə bilməməsinin üzürlü səbəblərlə əlaqədar olmasına dair hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu X12 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 xəta haqqında materiala öz münasibətini bildirərək və özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, onun hazırda alimenti ödəməyə imkanı yoxdur. O, yalnız ona məxsus çıxarışı olmayan torpaq sahəsini sata bildiyi təqdirdə alimentdən ödəniş edə bilər. Hazırda dörd övladından biri onunla yaşayır, bir övladı isə artıq 18 yaşına çatmışdır. Alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında X7 öz yanında olan oğlundan başqa digər uşaqları ilə görüşmədiyini və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəmədiyini, hazırda X4 şikayətçi olduğunu və alimentin ödənilməsini tələb etdiyini, Maarif İbrahimovun ona alimenti ödəməyəcəyini bildirdiyini, torpaq sahəsinin almaq istəyən şəxslərin olmasına baxmayaraq Maarif İbrahimovun həmin torpaq sahəsini satmadığını və qərəzli olaraq alimenti ödəməkdən yayındığını bildirmişdir. Sədrlik edən tərəfindən verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs 01 iyun 2021-ci il tarixdə Maarif İbrahimovun ona 10080 manat aliment ödəməsini göstərməsinə baxmayaraq ona cəmi 3000 manat aliment ödənildiyini, həmin vaxt Maarif İbrahimov ona yalan vəd verərək yaxın zamanlarda alimenti ödəyəcəyini bildirdiyindən onun məsuliyyətə cəlb edilməsinin qarşısını almaq üçün formal olaraq 10080 manat ödəniş edildiyini göstərdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı icra vərəqəsindən görünür ki, X4 06 dekabr 2004-cü il təvəllüdlü X8, 05 sentyabr 2006-cı il təvəllüdlü X9, 22 aprel 2011-ci il təvəllüdlü X5, 20 iyul 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 160 manat, cəmi 640 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 31 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 3(008)- 205/2020 saylı qərarından görünür ki, icra sənədi üzrə borclu X1 Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. X7 01 iyun 2021-ci il, 10 yanvar 2022-ci il, 11 noyabr 2022-ci il və 18 may 2023-cü il tarixli izahatlarından görünür ki, o, həmin izahatlarında işləmədiyini və gəlir yerinin olmadığını, bu səbəbdən alimenti ödəmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu X12 məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş məbləği üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-2317/2020 saylı icra vərəqəsinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün X2 qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs yalnız ona məxsus olan torpaq sahəsi (çıxarışı olmadığından həmin torpağa münasibətdə icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır) satılacağı təqdirdə aliment borcunu ödəyəcəyini bildirmişdir ki, bu da onun icra sənədinin icrası istiqamətində üzürsüz səbəbdən heç bir tədbir görməməsinə, həmin icra sənədinin icrasını gələcəkdə baş verməsi qeyri-müəyyən olan haldan asılı etməsinə və bununla da üzərinə məhkəmə aktı ilə qoyulmuş öhdəliyin ciddiyyətinin fərqində olmamasına dəlalət edən haldır. Halbuki, X12 tam fəaliyyət qabiliyyətli şəxs olmaqla işləyərək müəyyən gəlir əldə etmək və icra sənədinin icrası istiqamətində addımlar atmaq iqtidarında olan şəxsdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X7 Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X7 törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. X7 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən hal və məsuliyyəti ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, X12 barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 18 may 2023-cü il tarixdən, saat 18:10-dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 may 2023-cü il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bilavasitə tabe olan X15 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2465/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2465/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver