Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2468/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X2, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Şuşa Rayon Məhkəməsinin 2(077)-18/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-18/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2012-ci il təvəllüdlü X4 hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək atasından ayrı anası X5 ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 göstərmişdir ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-18/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2012-ci il təvəllüdlü X4 hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək atasından ayrı anası X5 ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Uşağın atası Şəxs bu günə qədər icra vərəqəsini icra etməkdən, uşağın anası ilə görüşməsinə şərait yaratmaqdan yayınır. Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır. Uşaq özü anası ilə görüşmək istəmir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, uşağı onu istəyir, lakin atası görüşmək üçün buna şərait yaratmır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs icra vərəqəsinin icrasından yayınmamasını və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin, onun müdafiəçisinin və tələbkarın izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınması məhkəmə iclası vaxtı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Sabunçu rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2468/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2468/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver