Məhkəmə qərarları › İş №3(008)-2506/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2506/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2506/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, Barəsində Bakı şəhər BPİ X4 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair X1 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X2 şikayətində Bakı şəhər X4 Şöbəsinin müfəttişi tərəfindən Bakı şəhər Nizami rayonu, “Qara Qarayev” metro stansiyası ilə üzü Neftçilər metrosuna gedən yolun kəsişməsində, Qara Qarayev pr 65 A ünvanında **-DX-*** qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən saxlanıldığını qeyd etmişdir. Bakı şəhər BPİ X4 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı Bakı şəhər BPİ X4 İdarəsindən istəsə də, ona verilmədiyi üçün vaxtında şikayət verə bilməmişdir. Qərarı vaxtında əldə edə bilmədiyi üçün ərizə ilə rəsmi qaydada müraciət etmiş və 10 yanvar 2025-ci il tarixdə ona təqdim edilmişdir. Bundan sonra şikayət ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət vermiş, şikayətinin aidiyyəti üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsi şikayəti vaxtında vermədiyi üçün onun ərizəsini geri qaytarmışdır. Məhkəmə şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəni araşdıraraq bildirmişdir ki, şikayət vermə müddətin ötürülməsinin üzürlülüyü barəsində heç bir əsaslı dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, X1 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət ərizəsi həmin şikayət ərizəsi üzrə müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar