Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2533/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 02 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 12 mart 2023-cü il tarixdə "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə tullantıların Balaxanı qəsəbəsi, 5-ci mədən ərazisində açıq torpaq sahəsinə boşaldılması müəyyən edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(008)- 2533/2023 saylı qərarı ilə Şəxs AR İXM-nin 266.1 və 277-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 3(103)-1917/2023 saylı qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(008)- 2533/2023 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmadığını, Şəxs mülkiyyətində olan "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 28 dekabr 2021-ci il tarixli icarə müqaviləsi əsasında 01 yanvar 2022-ci il tarixdə 31 dekabr 2024-cü il tarixədək “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialına verildiyini, inzibati xətanın törədildiyi iddia edilən zaman həmin yük avtomobilinin “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsində olmaqla onun sürücüsü tərəfindən idarə edildiyini, belə olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsinin əsassız olduğunu qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 verilmiş suallara cavab olaraq həqiqətən də “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Şəxs arasında MMC-nin mülkiyyətində olan "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilməsinə dair icarə müqaviləsinin bağlanıldığını, 01 yanvar 2022-ci il tarixdən həmin nəqliyyat vasitəsinin onların istifadəsində olduğunu, 12 mart 2023-cü il tarixdə də həmin nəqliyyat vasitəsinin onların istifadəsində olmaqla “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının sürücüsü tərəfindən idarə edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 12 mart 2023-cü il tarixdə "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə tullantıların Balaxanı qəsəbəsi, 5-ci mədən ərazisində açıq torpaq sahəsinə boşaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 14 mart 2023-cü il tarixli, 79043 saylı aktdan görünür ki, Sabunçu rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Balaxanı qəsəbəsi, 5-ci mədən ərazisində üzərində “X2 LTD” şirkətinin loqosu olan "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə tullantılan açıq torpaq sahəsinə boşaldılması müəyyən edilmişdir. 28 dekabr 2021-ci il tarixli, 53 saylı icarə müqaviləsindən görünür ki, həmin tarixdə “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Şəxs arasında MMC-nin mülkiyyətində olan "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilməsinə dair icarə müqaviləsi bağlanılmış, həmin müqavilənin 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2024cü il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hüquqi şəxs Şəxs əməlində AR CM-nin 266.1 və 271-ci maddələrinin tərkibi olmadığından MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Şəxs mülkiyyətində olsa da, həmin yük avtomobili 28 dekabr 2021-ci il tarixli, 53 saylı icarə müqaviləsi əsasında 01 yanvar 2022-ci il tarixdən “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsində olmuş və 12 mart 2023-cü il tarixdə, yəni inzibati xətanın törədilməsi səlahiyyətli orqan tərəfindən iddia edilən tarixdə həmin yük avtomobili “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsində olmaqla onun sürücüsü tərəfindən idarə olunmuşdur. Göstərilən bu hal baş verməsi iddia edilən inzibati xətanın törədildiyi zaman "xxxx" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin MMC-nin deyil, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsində olmasına və bununla da Şəxs əməlində inzibati xəta tərkibinin olmamasına dəlalət edir. Məhkəmə göstərilənləri ümumiləşdirərək “İNTOKS» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində AR İXM-nin 266.1 və 271-ci maddələrinin tərkibinin olmaması qənaətinə gələrək MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2533/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2533/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver