Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2536/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abbasov X5 Rayon Məhkəməsinin 2(005)-4406/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindəki xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 180 manat, cəmi 540 manat sabit pul məbləğində X3 xeyrinə aliment tutulması barədə tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X12 tərəfindən MN № ******* saylı, 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X7 göstərmişdir ki, borclu Abbasov X5 Rayon Məhkəməsinin 2(005)-4406/2022 saylı, xx.xx.2022-ci -ci il tarixli icra sənədindəki yığılmış 2730 manat aliment borcunu tələbkar X4 ödənilməsindən yayınır. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, hal-hazırda işləmir, qazancı olmamasına baxmayaraq icra sənədi üzrə 1000 manat ödəniş etmişdir. Borcun ödənilməsindən yayınmır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tələbkar məhkəmə iclasına gəlməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-4406/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 180 manat, cəmi 540 manat sabit pul məbləğində X3 xeyrinə aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4406/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuş və sonuncu həmin bildirişlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İş materiallarında əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışının surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4406/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1000 manat ödəniş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Abbasov X10 Rayon Məhkəməsinin 2(005)-4406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın icrasından imtina etmir, aparılmış icra tədbirləri nəticəsində onun icra vərəqəsində qeyd olunan məbləği ödəməyə yönələn əmlakı və ya digər gəliri müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Görünüdüyü kimi Şəxs qərarın icrasından imtina etmir. Onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilən tarixə kimi mütəmadi ödənişlər həyata keçirilmişdir. Hazırkı vaxta aliment borcun yığılsa da, bu borclunu icradan üzrsüz səbəbdən yayınması ilə əlaqədar olmayıb, icra vərəqəsinin İcra şöbəsinə gec daxil olması və borclunun maddi imkanı ilə bağlı olmuşdur. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2536/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2536/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver