Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2548/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X5, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yuxarı Daşarx kəndində, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vət.Şəxs 23.05.2021-ci il tarixdə əvvlər tanıdığı X1ndan yaşadığı evə qaz və su xətti çəkmək adı ilə 450 manat alaraq xırda talama etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə rəisi, X4 tərəfindən MN № ******* saylı, 01.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 göstərmişdir ki, vət. Şəxs 23 may 2021-ci il tarixdə əvvlər tanıdığı X1ndan yaşadığı evə qaz və su xətti çəkmək adı ilə 450 manat alaraq xırda talama etmişdir. X1 şikayət ərizəsi ilə bölməyə şikayət etmiş, həmin şikayət əsasında tərəfindən 01 iyun 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq etiraf edir. Törətdiyi əmələ görə peşmandır. Aldığı pulu tam olaraq qaytarmışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. Zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, Şəxs bağışlamışdır və aralarında barışıq əldə olunmuşdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamağını nəzərə alaraq inzibati işin icratına xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 31 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında 31.05.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 31.05.2021-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati işin icratına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu və 39.2-ci maddələrinə əsasən, 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və verildiyi gündən işə baxan Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2548/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2548/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver