Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-255/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məhəmmədəli Məmmədovun, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda xx.xx.2024-cü il tarixdə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Məhəmmədəli Məmmədov izahatında göstərmişdir ki, Şəxs 14 yanvar 2025-ci il tarixdə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, əl-qol hərəkətləri edərək könüllü şəkildə şöbəyə getməkdən imtina etmiş, eyni zamanda 18 fevral 2024-cü il tarixdə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Daha sonra o polis əməkdaşları tərəfindən şöbəyə gətirilərək şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla şöbə rəisinə müraciət olunmuşdur. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlətdiyini etiraf edir, içkili olduğuna görə xanım əməkdaşı söymüşdür, çox peşmandır. Polis əməkdaşları ona yaxınlaşan zaman əlindəki sənədləri maşına qoyaraq gedəcəyini bildirmiş və könüllü olaraq onlarla Şöbəyə getmişdir. Törətdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməyəcək. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, vətəndaş Şəxs 18 fevral 2024-cü il tarixdə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlətdiyi üçün dəfələrlə onunla əlaqə saxlanılaraq şöbəyə dəvət edilmiş, lakin şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməkdən imtina etmişdir. 14 yanvar 2025-ci il tarixdə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmətdə olan zaman Şəxs yaxınlaşaraq şöbəyə getməklə bağlı məlumat verdikdə o könüllü şəkildə şöbəyə getməkdən imtina etmiş, əl-qol hərəkətləri edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra o tərəflərindən şöbəyə gətirilərək şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla şöbə rəisinə müraciət olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 14 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərini pozaraq tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 14 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 fevral DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Bakıxanov qəsəbəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda xx.xx.2024-cü il tarixdə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidməti – Zəng mərkəzi sistemindən təqdim olunmuş telefon danışığının əks olunduğu 1 ədəd Diskdən görünür ki, vətəndaş DİN 102 Xidmətinə zəng etməklə nalayiq ifadələr işlədərək xanım əməkdaşı təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs DİN 102 Xidmətinə zəng edərək xanım əməkdaşı xx.xx.2024-cü il tarixdə nalayiq ifadələr işlədərək təhqir etdiyi halda bununla bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd olunmuş 4 aylıq inzibati məsuliyyətə cəlbetmə müddəti ötürülməklə tərtib olunmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması əsası ilə xitam verilməlidir. Məhkəmə iclası zamanı Şəxs polis əməkdaşları onu şöbəyə dəvət etdikdə sənədləri maşında əyləşmiş həyat yoldaşına vermək üçün getməyə etiraz etdiyini bildirmişdir. Sədrlik edən ona polis şöbəsində verdiyi “... xx.xx.2025-ci il tarixdə Sabunçu Rayonu Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində hərəkətdə olan zaman 2 nəfər polis əməkdaşı mənə yaxınlaşaraq özlərini təqdim etdi və 13-cü polis şöbəsinə getməyə mənə bildirdilər. Mən isə etiraz etməyə başladım və polisin qanuni tələblərini bilməyərəkdən pozdum. Məni 13-cü polis şöbəsinə gətirdilər. .... ” məzmunda izahatını elan edərək öncəki izahatı ilə ziddiyyətin səbəbini soruşduqda o, sənədləri həyat yoldaşına verməyinin yəqinki polis əməkdaşları tərəfindən tabe olmama kimi qəbul olunduğunu bildirmişdir. Məhkəmə işin bütün hallarını araşdıraraq hesab edirki, Şəxs ilkin izahatı həqiqət kimi qəbul olunmalıdır, çünki şahid ifadəsi və iş materialları ilə məhkəmə iclasında verilmiş ifadə ziddiyyət təşkil edir. Buna görə də, Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və işin hallarına uyğun deyildir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 14 yanvar 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Abbasov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abbasov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-255/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-255/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver