Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2556/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə 16 may 2023-cü il tarixli 00100-01228/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1nvanında qeydiyyatda olan “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükü xx.xx.2016-cı il tarixədək müvəqqəti gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbacan Respublikasının Gömrük ərazisindən kənara aparılmışdır. Sonradan “DƏMİRYOLSERVİS» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdasəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün mvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün mvəqqəti ixrac müddəti bitməmiş “DƏMİRYOLSERVİS» MMC tərəfindən həmin malların Azərbacan Respublikasının Gömrük ərazisinə qaytarılması və ya digər Gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün mvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, həmin malın təkrar idxal gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 1 (bir) il 8 (səkiz) ay 27 (iyirmi yeddi) gün sonra, yeni xx.xx.2023-cü il tarixdə **********3615 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və Gömrük orqanına təqdim edilmişdir. “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün xx.xx.2023-cü il tarixli **********3615 sorğu nömrəli təkrar idxal gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 95808,40 (doxsan beş min səkkiz yüz səkkiz manat qırx qəpik) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X3 izahatında müddət keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş 16 may 2023-cü il tarixli 00100-01228/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “DƏMİRYOLSERVİS» MMC-nin ünvanına ünvan 1nvanında qeydiyyatda olan “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yüklü xx.xx.2016-cı il tarixədək müvəqqəti gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbacan Respublikasının Gömrük ərazisindən kənara aparılmışdır. Sonradan “DƏMİRYOLSERVİS» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdasəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Baş Gömrük İdarəsinin Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün mvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “DƏMİRYOLSERVİS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə ünvan 1nvanında qeydiyyatda olan “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükü xx.xx.2016-cı il tarixədək müvəqqəti gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbacan Respublikasının Gömrük ərazisindən kənara aparılmışdır. Sonradan “DƏMİRYOLSERVİS» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdasəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün mvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün mvəqqəti ixrac müddəti bitməmiş “DƏMİRYOLSERVİS» MMC tərəfindən həmin malların Azərbacan Respublikasının Gömrük ərazisinə qaytarılması və ya digər Gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. “DƏMİRYOLSERVİS» MMC-nin barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 16 may 2023-cü il tarixli 00100-01228/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.1.5-ci maddəsinə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükü xx.xx.2016-cı il tarixədək müvəqqəti gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbacan Respublikasının Gömrük ərazisindən kənara aparılmışdır. Sonradan “DƏMİRYOLSERVİS» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdasəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmasına, **********2812 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1(bir) ədəd “DOOSAN S210W” markalı tamdönər təkərli ekskavator yükünün müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilməsinə baxmayaraq, həmin malların təkrar idxal gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 1 (bir) il 8 (səkiz) ay 27 (iyirmi yeddi) gün sonra, yeni xx.xx.2023-cü il tarixdə **********3615 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və Gömrük orqanına təqdim edilmişdir. Məhkəmə, “DƏMİRYOLSERVİS» MMC-nin həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs “DƏMİRYOLSERVİS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs “DƏMİRYOLSERVİS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2556/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2556/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver