Məhkəmə qərarları › İş №3(008)-256/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-256/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-256/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 14cü PŞ-nin sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 9 inzibati binada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 14 yanvar 2025-ci il tarixdə müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Bu barədə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X8 tərəfindən MN № ******* nömrəli, 14 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 bildirmişdir ki, X2 tərəfindən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət edilərək qızı X5 qohumu Şəxs tərəfindən narahat edildiyi barədə məlumat verilmişdir. Müvafiq müraciətlə və narkotik vasitə istifadəsi şübhəsi ilə bağlı Şəxs 14-cü polis şöbəsinə dəvət edilmişdir. O, narkotik vasitədən istifadə etdiyini özü etiraf etmişdir. Müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, narkotik vasitədən istifadə etdiyini etiraf edir. O, narkotik vasitədən ilk dəfə istifadə etdiyini və törətdiyi əməldən səmimi peşman olduğunu, məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Tutulduqdan sonra azad olunduğunu və məhkəmə iclasına polis əməkdaşının çağırışından sonra gəldiyini bildirmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş: xx.xx.2025-ci tarixli ərizədən görünür ki, X2 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət edilərək qızı X5 qohumu Şəxs tərəfindən narahat edildiyi barədə məlumat verilmişdir. 14 yanvar 2025-ci il tarixli, MN № ******* saylı protokola əsasən müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. 160 saylı, 14 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X3 rəyindən görünür ki, müayinə zamanı Şəxs götürülmüş nümunədə THC (+) aşkar olunmuş, onda kannabinoidlərdən istifadə etmə halı olmuşdur. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxs izahatından görünür ki, o, qohumu 13 yaşlı X1, hətta məktəbinə gedərək onunla maraqlanır. Aralarındakı bu münasibətə valideynləri icazə vermədiyi üçün onlar birbiri ilə çox zaman məktublarla hal-əhval tuturlar. Zöhrənin az yaşlı olduğunun fərqindədir və etdiyi əməldən peşmandır. Ona bir daha icazəsiz yaxınlaşmayacağına söz verir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, materiallar baxılması üçün Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 10 yanvar 2025-ci il tarixli, AZA 018087 nömrəli protokoldan görünür ki, Şəxs 10 yanvar 2025-ci tarixdə saat 09:30-da inzibati qaydada tutulmuş və 12 yanvar 2025-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini, və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispenserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar