Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2570/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Məhkəmə müəyyən etdi: Sabunçu RPİ-nin 13-cü PŞ-dən daxil olmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025ci il tarixli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs məxsus köşkdən metal konstruksiyasını kəsərək 1200 manat əmlakına qəsdən zərər vurmuşdur. Bununla da, Şəxs AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inbzibati xətanı törətmişdir. Bundan başqa Sabunçu RPİ-nin 13-cü PŞ-dən daxil olmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs 01 yanvar 2025-ci il tarixində Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs məxsus mebel kreslonu yandıraraq 50 manat əmlakına qəsdən zərər vurmuşdur. Bununla da, Şəxs AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inbzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs onun işçisi olmuşdur. Zərərçəkmiş şəxsin bildirdiyi köşk ona məxsus olmuşdur. Həmin köşklə arxasında onun obyekti vardır. O, həmin köşkü zərərçəkmiş şəxsə vermişdir ki, işlətsin. Zərərçəkmiş şəxsə həmin köşkün aşağısına düzəltmək üçün özünə məxsus metal konstruksiyaları vermişdir. Sonradan ona məlum olmuşdur ki, zərərçəkmiş şəxs həmin köşkün üzərini düzəltmək və onu genişləndirmək üçün ona məxsus metal konstruksiyaları götürmüşdür. O, bunu bildikdən sonra həmin metal konstruksiyaları söküb götürmüşdür. Ümumiyyətlə həmin köşkün olduğu ərazidə ona məxsus olmuşdur. Kreslo ilə bağlı isə bildirir ki, həmin kreslo zərərçəkmiş şəxsə məxsus olmamışdır. Onu orada qarpız satan şəxslər istifadə etmişdir. Həmin kreslonu da özü ora qoymuşdur. Bit basdığı üçün sonra götürüb yandırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin yerin və köşkün Şəxs heç bir aidiyyatı yoxdur. O, köşk 13 ilə yaxın müddətdir ki, ona istifadə etməsi üçün dövlət tərəfindən verilmişdir. Şəxs ilə aralarında borc mübahisəsi olmuşdur. Belə ki, sonuncu ona borclu olmuşdur. Onun xəstəliyi ilə bağlı əməliyyat olunmasından və orada olmamasından istifadə edib həmin metal konstruksiyaları kəsib aparmış və bunun nəticəsində ona 1212 manat ziyan vurmuşdur. Bununla bağlı qiymətləndirmənin rəyi də vardır. O, Şəxs işçisi olmamışdır. Bundan başqa sonuncu həmin köşkün yanında olan kreslonu da yandırmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib edən orqana məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə xx.xx.2024-cü il tarixli material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin gələcəkdə tapılaraq barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. “Caspian Valution” qiymətləndirici təşkilat tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təmir-bərpa işlərinə çəkiləcək xərcin müəyyən edilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Rüstəm Rüstəmov küçəsi, Lukoil yanacaq doldurma məntəqəsinin yanında yerləşən köşkün təmir-bərpası işlərinə çəkiləcək xərcin 1212,5 manat təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Şəxs köşkün, metal konstruksiyaların, kreslonun ona məxsus olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Şəxs təqdim etdiyi fotoşəkillərdən görünür ki, həmin köşk ona məxsus obyektdən aralıda yerləşir, köşklə onun obyekti arasında ümumi istifadədə olan yol vardır. Köşkün uzun müddət Zərərçəkmiş şəxs isifadəsində olması isə işin mübahisəsiz halıdır. Həmin köşkün istifadəsi ilə bağlı Zərərçəkmiş şəxs dövlət qurumları tərəfindən hər hansı məhdudiyyətin qoyulmasını təsdiq edən hala rast gəlinməmişdir. Şəxs köşkün ona məxsus olduğunu bildirməsinə baxmayaraq, həmin köşkün ələ keçirilməsi ilə bağlı dövlət orqanlarına rəsmi şəkildə müraciəti də müəyyən olunmamışdır. Ona görə məhkəmə Şəxs köşkün, metal konstruksiyaların, kreslonun ona məxsus olmasına dair izahatını inandırıcı hesab etməyərək özünü müdafiə xarakterli izahat kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Şəxs istinad olunan AR İXM-nin 232-1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs məxsus mebel kreslonu yandıraraq 50 manat əmlakına qəsdən zərər vurması faktı üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir. Şəxs xx.xx.2024-cü il tarixində Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs məxsus köşkdən metal konstruksiyanı kəsərək 1200 manat əmlakına qəsdən zərər vurması faktı üzrə isə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və AR İXM-nin 232- 1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.20258-ci il tarixli inzibati xəta haqqında protokollar və əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, icraata qəbul edilmiş və xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Yəni, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 4 ay keçmişdir. Qanunvericiliyin tələbinə əsasən isə inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-2570/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2570/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver